Veysəloğlu-Rossmann

Marketinq koordinatoru

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
17.05.23 - 16.06.23

İş haqqında məlumat

  • Strateji marketinq təşəbbüslərini və fəaliyyətlərini inkişaf etdirmək;
  • Çap, yayım və onlayn məzmunu əhatə edən marketinq planlarını təmin etmək;
  • Brendli reklam kampaniyaları yaratmaq, məzmunu koordinasiya edərək və birləşdirərək marketinq və dizayn qruplarına dəstək olmaq;
  • Marketinq kampaniyaları və onlayn fəaliyyətləri izləmək;
  • Marketinq imkanlarını müəyyən etmək və medianın əhatə dairəsini müzakirə etmək üçün bazar araşdırması aparmaq;
  • Daxili kommunikasiya sistemlərini idarə etmək;
  • Bütün media vasitələri ilə təşkilatın ümumi brendini yaratmaq, qorumaq, gücləndirmək, reklam səylərini müvafiq kanallara köçürmək;
  • Sosial media planını hazırlamaq və idarə etmək;
  • Media şirkətləri, influenser marketinq əməkdaşları və s. ilə danışıqlar aparmaq;
  • Marketinq strukturuna qoyulan KPI-ların əldə edilməsinin və quraşdırma hədəflərinin şirkətin planlaşdırma və büdcəsinə uyğun olmasını təmin etmək;
  • Brendlərin yerli bazarda mövcudluğunun davamlı təkmilləşdirilməsini təmin etmək üçün strateji brend tərəfdaş əlaqələrini inkişaf etdirmək və saxlamaq, müqavilə münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişafında iştirak etmək;
  • Brendlərin şirkətin illik ticarət təqvimlərini yaratmaq və qurmaq üçün tələb olunan məlumatların çatdırmasını təmin etmək;
  • Ümumi biznes strategiyasına və illik marketinq büdcəsinin hazırlanmasına töhfə vermək;
  • Beynəlxalq və yerli bazar tendensiyalarını, istehlakçı baxışlarını və ehtiyaclarını təhlil etmək və bunun əsasında mövsümi və illik proqnozlar hazırlamaq;
  • CRM proqramının yaradılması və həyata keçirilməsi;
  • Öz mağazalarına həftəlik və ya aylıq bazar səfərləri, eləcə də rəqiblərin fəaliyyətinin monitorinqi və hesabatı;
  • Bazarın tendensiyalarından xəbərdar olmaq üçün tədbirlərdə, yarmarkalarda və sərgilərdə iştirak etmək;
  • Vəzifə fəaliyyətindən irəli gələn məsələlər barədə birbaşa rəhbərinə baxılması üçün təkliflər vermək.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahə üzrə ən azı 3 il;
  • Kompüter bacarıqları: MS Office proqramlarından sərbəst şəkildə istifadə bacarıqları;
  • Dil bilikləri: Azərbaycan və ingilis dilləri sərbəst, rus dili biliyi orta səviyyədə;
  • Komanda ilə işləmək bacarığı, əməkdaşlıq qabiliyyəti, peşəkar səviyyədə yazılı və şifahi effektiv ünsiyyət, çeviklik, yüksək intellektual səviyyə, kreativlik, inkişafa meyillilik;
  • Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar