Баку,
Азербайджан
14.03.23
-
13.04.23
O работе
- Maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi;
- İllik büdcənin tərtib edilməsi və icrasına nəzarət;
- Layihələrin iqtisadi əsaslandırılmasının və onların icra vəziyyəti barədə hesabatların hazırlanması;
- Maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən müxtəlif hesabatların (pul vəsaitlərinin hərəkəti, mənfəət və zərər, balans hesabatı və digər), proqnozların, təqdimatların hazırlanması və analitik təhlillərin aparılması;
- Maliyyə-təsərrüfat fəaliyyətinin kənar auditinin və digər yoxlamaların aparılmasında iştirak;
- Departament daxili prosedurların və təlimatların, uçot siyasətinin hazırlanmasında iştirak;
- Departamentin fəaliyyəti ilə bağlı departament rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi.
- İş qrafiki: 5 günlük.
Требования
- Təhsil: Ali (maliyyə, mühasibatlıq və ya iqtisadi);
- Təcrübə: Maliyyə sahəsi üzrə azı 2 il;
- Kompüter bacarıqları: MS Office proqramları (Excel – yüksək səviyyədə, formullar və funksiyalar ilə səlis işləmə bacarığı), “1C 8.3 mühasibatlıq” proqramında işləmə bacarığı (yaxşı səviyyədə);
- Dil bilikləri: Azərbaycan dili sərbəst danışmaq və yazmaq səviyyəsində, ingilis dili upper-intermediate səviyyəsində, rus dili arzu olunandır;
- Maliyyə hesabatlarının beynəlxalq standartları üzrə biliklər;
- Mühasibat uçotunun hesablar planı ilə işləmə bacarığı;
- Riyazi hesablama aparma və analitik təhlil bacarıqları;
- Təşəbbüskarlıq bacarığı, yeniliyə açıqlıq;
- Çalışqanlıq, məsuliyyət, düzgünlük, dəqiqlik, çeviklik.
Финансы
Финансовые услуги