Azercosmos

Maliyyə analitiki

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
14.03.23 - 13.04.23

İş haqqında məlumat

  • Maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi;
  • İllik büdcənin tərtib edilməsi və icrasına nəzarət;
  • Layihələrin iqtisadi əsaslandırılmasının və onların icra vəziyyəti barədə hesabatların hazırlanması;
  • Maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən müxtəlif hesabatların (pul vəsaitlərinin hərəkəti, mənfəət və zərər, balans hesabatı və digər), proqnozların, təqdimatların hazırlanması və analitik təhlillərin aparılması;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin kənar auditinin və digər yoxlamaların aparılmasında iştirak;
  • Departament daxili prosedurların və təlimatların, uçot siyasətinin hazırlanmasında iştirak;
  • Departamentin fəaliyyəti ilə bağlı departament rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi.
  • İş qrafiki: 5 günlük.

Tələblər

  • Təhsil: Ali (maliyyə, mühasibatlıq və ya iqtisadi);
  • Təcrübə: Maliyyə sahəsi üzrə azı 2 il;
  • Kompüter bacarıqları: MS Office proqramları (Excel – yüksək səviyyədə, formullar və funksiyalar ilə səlis işləmə bacarığı), “1C 8.3 mühasibatlıq” proqramında işləmə bacarığı (yaxşı səviyyədə);
  • Dil bilikləri: Azərbaycan dili sərbəst danışmaq və yazmaq səviyyəsində, ingilis dili upper-intermediate səviyyəsində, rus dili arzu olunandır;
  • Maliyyə hesabatlarının beynəlxalq standartları üzrə biliklər;
  • Mühasibat uçotunun hesablar planı ilə işləmə bacarığı;
  • Riyazi hesablama aparma və analitik təhlil bacarıqları;
  • Təşəbbüskarlıq bacarığı, yeniliyə açıqlıq;
  • Çalışqanlıq, məsuliyyət, düzgünlük, dəqiqlik, çeviklik.


Elanın müddəti bitmişdir