Баку,
Азербайджан
30.08.24
-
29.09.24
O работе
- Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin işlənib hazırlanması, o cümlədən, fasadların yığılması;
- Qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi;
- Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsinin, lazımi texniki sənədlərin komplektliyinin təmin edilməsi;
- Yuxarı təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak;
- Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarətinin həyata keçirilməsi, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi;
- Layihə axtarış işlərinin aparılması, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılması.
Требования
- Təhsil: Memarlıq sahəsi üzrə ali təhsil;
- Təcrübə: Müvafiq sahədə 2-3 ildən çox iş təcrübəsi;
- Kompüter bacarıqları: AutoCAD, ArchiCAD, 3Dmax (arzuolunandır), Photoshop, Ofis proqramları;
- Kommunikabellilik;
- Gərgin iş şəraitinə və qrafikinə uyğunlaşma imkanı;
- Məsuliyyətlilik;
- Tikinti norma və qaydalarını;
- Tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları;
- Layihələndirmənin metodlarını; layihə işlərinin təşkili və planlaşdırılmasını;
- İşlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri;
- Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsində yerli təbii, iqtisadi, sosial və digər şərtləri;
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini;
- Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər rəhbər materialları;
- Layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını;
- Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni.
Строительство и строительство
Строительство
Срок действия задания истек