Агдам,
Азербайджан
18.12.24
-
18.01.25
O работе
- Keyfiyyət standartlara uyğun bütün sənədləşmə prosedurlarının həyata keçirilməsini təmin etmək və həyata keçirilmiş sənədləşmələrinin yoxlanılması;
- Aşkar edilən uyğunsuzluqların aradan qaldırıması üçün aidiyyəti struktur bölmələri ilə koordinasiyalı işlərin təşkili və düzəldici tədbirlərin icrasına nəzarət edilməsi;
- Sənədlərin müəssisəyə daxil olan məhsul, material və avadanlıqlara, qüvvədə olan dövlət və beynəlxalq standartlara uyğunluğuna nəzarət etmək;
- Keyfiyyətə və keyfiyyətin idarəedilməsi planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi;
- Keyfiyyətə dair müvafiq sənədləri podratçı, təchizatçı və digər aidiyyatı şəxslərə təqdim edib keyfiyyətin riayət edilməsinə nəzarət edir;
- Tikinti sahəsinin daxili və xarici auditlərində iştirak edir;
- Mülkiyyətçi ilə keyfiyyət tələblərinin planlamasını təşkil edir;
- Təmir və tikinti fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin edilməsi, uyğunluğun ölçülməsi məqsədilə mütəmadi yoxlama qrafikinin tərtib edilməsində və yoxlama prosesinin təşkilində iştirak etmək;
- Tikinti sahəsində görülən inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarəti həyata keçimək;
- Tikinti-quraşdırma işlərinin plana, işçi cizgilərinə və normativ sənədlərə uyğun yerinə yetirilməsinə nail olmaq;
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərinə yoxlamanı təmin etmək;
- İş prosesində istifadə edilən materialların və konstruksiyaların bəyan edilən texniki və keyfiyyət göstəricilərinə dair uyğunsuzluqları aşkarladıqda aidiyyəti üzrə səlahiyyətli şəxsə məlumat vermək və uyğunsuzluq hesabatını hazırlamaq;
- Yoxlama və testləri həyata keçirmək üçün müvafiq prosedurların və inspeksiya test planlarının hazırlanmasına və test metodlarına nəzarət etmək;
- Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək;
- Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə, tikintidə istifadə olunan digər avadanlıqlar üzrə müvafiq sertifikatların alınmasına nəzarət etmək;
- Forma 2 və Forma 3 sənədlərinin tərtibində keyfiyyətə nəzarət funksiyasını icra etmək;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi: I-V günlər 09:00 – 18:00;
- İş yeri: Ağdam şəhəri (Qalacaq yer və nahar ilə təmin edilir).
Требования
- Ali təhsilli;(Tikinti sahəsi üzrə olağı üstünlükdür)
- MS Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi nitq qabiliyyəti, ingilis və rus dillərin olması arzuolunandır;
- Müvafiq sahə üzrə ən azı 2 (iki) il iş təcrübəsi;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Düzgün formalaşmış şifahi və yazılı nitq, araşdırma və təhlil bacarığı, vaxtın səmərəli idarəedilməsi bacarığı, müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
- Maraqlananlar öz CV formalarını elektron poçt ünvanına göndərə bilərlər. (məktubun mövzu bölməsində, “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etmək mütləqdir.)
Строительство и строительство
Строительство