GM Construction

Texniki nəzarət üzrə mühəndis

По соглашению 119
Полн. занятость
Баку, Азербайджан
27.11.24 - 27.12.24

O работе

  • Tikinti aparılan sahələri mütəmadi yoxlamaq, çatışmazlıqlar barədə rəhbərliyə təqdimat vermək;
  • Sahə rəisləri ilə gündəlik əlaqə saxlamaqla işin gedişatına maneə yaradan məsələləri həll etmək;
  • Sahələrdə plan qrafik əsasında işlərin icra olunmasını izləmək;
  • Mütəmadi olaraq layihədə aparılan işlərin keyfiyyət göstəricilərini müəyyən etmək, təhlilini aparmaq;
  • Müəyyən edilmiş material, maşın-mexanizm, işçilik normalarının (miqdarlarının)  gözlənməsini, israf və səmərəsiz istifadənin qarşısını almaq üçün təkliflər planı hazırlamaq;
  • Tikinti sahələrindən tələb olunan texniki və material hesabatların müəyyən edilmiş vaxtda və qaydada baş ofisə təqdim edilməsini təmin etmək;
  • Görülən işlər barədə təqdim olunan sənədlərin (F № 2) düzgünlüyünü əyani olaraq yoxlamaq, uyğunsuzluq aşkarlandıqda araşdırma aparmaq;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatlar təqdim etmək;
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaqla müvafiq tədbirlər görmək;
  • Subpodratçı tərəfindən aparılan işlərin planlı olmasına və yüksək keyfiyyətlə təhvil verilməsinə nəzarət etmək;
  • Korporativ nömrə ilə təmin olunma;
  • İş yeri: Baş ofis - Baku City Residence (Bakı şəh., Heydər Əliyev pr 189);
  • İş rejimi: 6 günlük, şənbə - qısaldılmış (09:00-13:00) iş günü.

Требования

  • Cins: kişi;
  • Yaş həddi: 30-50;
  • Müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi; 
  • Tam ali təhsil (İnşaat və ya sənaye/mülki tikinti ixtisası üzrə);
  • Məsuliyyətli;
  • Problem həlletmə və analitik düşünmə qabiliyyəti;
  • Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
  • İşgüzar ünsiyyət və komandada işləmə bacarığı;
  • MS Office və Autocad proqramlarını yaxşı səviyyədə bilmək;
  • Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin elektron poçtuna CV (yalnız Azərbaycan dilində) göndərməkləri xahiş olunur. Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.


Похожие вакансии