ATEF Şirkətlər Qrupu

Hüquqşünas

По соглашению 179
Полн. занятость
Баку, Азербайджан
27.09.24 - 28.10.24

O работе

  • Müəssisənin müxtəlif işlər üzrə Azərbaycan Respublikasının yurisdiksiyasında olan məhkəmələrdə iddiaçı və ya cavabdeh qismində təmsil olunmasını təmin etmək;
  • Dövlət orqanlarında və qeyri-hökumət təşkilatlarında Müəssisənin qanuni mənafelərinin müdafiə olunmasını təmin etmək;
  • Müəssisənin səlahiyyətlərinə aid olan məsələlərə dair müqavilə layihələrini hazırlamaq, razılaşdırılmaq, səlahiyyətləri daxilində onlara rəy verib ekspertizasını aparmaq və müqavilələrin bağlanması ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək, həmçinin bağlanmış müqavilələrə əlavə və dəyişikliklərin edilməsinə dair təkliflər vermək;
  • Təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarla münasibətlərdə Müəssisə adından çıxış edərək onun daxil olduğu mülki hüquq münasibətlərinin yaranmasına əsas olan əqdlərin hazırlanmasında iştirak etmək, əqd layihələrinin hazırlanmasını təmin etmək, onları hüquqi ekspertizadan keçirərək rəylər vermək;
  • Azərbaycan Respublikası mülki, mülki-prosessual, kommersiya, miqrasiya, əmək, inzibati, vergi, mülki-hüquqi əqdlərin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi;
  • Qanunvericiliyin mütəmadi qaydada izlənilməsi, Müəssisəyə  təsir edən məqamlar üzrə müəssisədaxili kommunikasiyanın edilməsinə dəstək göstərmək;
  • Müəssisənin  əcnəbi işçilərinə iş icazələrinin əldə edilməsi və qeydiyyat sənədi almaq, habelə müvafiq işçilərin ailə üzvləri üçün yaşayış icazəsinin əldə edilməsi üçün  sənədlərin toplanması, Dövlət Miqrasiya Xidməti ilə işi əlaqələndirmək;
  • Alqı-satqı, podrat, xidmət, satınalma və digər növ əqdlərin layihələrini hazırlamaq, Müəssisənin adından bağlanılan müqavilələrin və onunla əlaqədar sənədlərin hüquqi ekspertizasını həyata keçirmək, müqavilənin icrasına (müddətlərə ,qüvvədə olma və s.) nəzarəti həyata keçirmək;
  • Dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə, o cümlədən hüquqi məslələrə dair vətəndaşlar və Müəssisənin əməkdaşları tərəfindən ünvanlanan müraciətlərə (ərizə, sorğu və şikayətlərə) aidiyyəti üzrə baxmaq və zəruri araşdırmanı apararaq cavablandırılması üçün məktub layihələrinin hazırlanması prosesində iştirak etmək;
  • Zərurət olduqda müəssisəni dövlət idarəetmə, notariat, mediasiya, məhkəmə, hüquq-mühafizə və digər icra orqanlarında, o cümlədən digər hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;
  • Müəssisənin fəaliyyəti çərçivəsində zəruri olan, o cümlədən digər struktur bölmələrin müraciəti və ya Şöbə rəhbərinin tapşırığına əsasən hüquqi məsələlərə dair rəylərin hazırlanmasını təmin etmək;
  • Müəssisədaxili normativ sənədlərin, o cümlədən Müəssisə üçün zəruri olan normativ hüquqi aktların layihələrinin hazırlanması işində iştirak etmək;
  • Müəssisənin struktur bölmələrinə hüquqi dəstəyin göstərilməsini təmin etmək;
  • Müəssisə rəhbərinin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək.
  • Ciddi iş prinsipiallığı və hesabatlığın verilməsi ; 
  • İşin planlaşdırılması bacarığı;
  • İşgüzar və hüquqi yazışma bacarığı;
  • Ezamiyyə imkanları; 
  • Fəal olması və komandada işləmək bacarığı;
  • Tam sosial təminat (məzuniyyət və s.);      
  • Nahar müəssisə tərəfindən təmin edilir;  
  • 5 günlük iş həftəsi;
  • Nahar fasiləsi: 12:00-13:00.

Требования

  • Ali təhsilli;
  • Korporativ hüquq sahəsi üzrə minimum 5 (üç) il iş təcrübəsinə malik olmaq;
  • Azərbaycan Respublikası mülki, Vergi, Gömrük, İnzibati xətalar Məcəllələrini, Əmək, mülki-prosessual, kommersiya, miqrasiya, inzibati, vergi, mülki-hüquqi qanunvericiliyi barədə biliklərə malik olmaq;
  • Sahəsinə aid olan hüquqi sənədləri tərtib edə bilmək;
  • Azərbaycan dilini əla səviyyədə bilmək, rus və ingilis dili arzuolunandır ;
  • MS Office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.


Похожие вакансии