Ram Holding

Hüquq şöbə rəhbəri

По соглашению 1028
Полн. занятость
Баку, Азербайджан
05.12.24 - 05.01.25

O работе

  • Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
  • Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
  • Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olan sorğulara rəy vermək;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün riayət olunmasına dair dəstək olmaq;
  • Dövlət orqanları və ictimai təşkilatlarla işgüzar yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətləri müvafiq qaydada və müəyyən olunmuş vaxt çərçivəsində cavablandırmaq;
  • Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
  • Korporativ hüquqi fəaliyyət ilə bağlı təlimat, qayda və iş prosedurları hazırlamaq, təkmilləşdirmək və aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
  • Cəmiyyət daxili Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
  • Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
  • Dövlət, bələdiyyə, müvafiq icra hakimiyyəti və digər dövlət orqanlarında Cəmiyyəti təmsil etmək;
  • Qanunvericiliyə edilmiş əlavələri izləmək və aidiyyəti strukturları məlumatlandırmaq;
  • Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların icrasını yerinə yetirmək;
  • Məhkəmə icraatı ilə bağlı qanunvericliklə nəzərdə tutulmuş prosessual sənədləri hazırlamaq;
  • Fəaliyyət sahəsi üzrə birbaşa rəhbərin digər tapşırıqlarını yerinə yetirmək;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.    

Требования

  • Ali təhsil (Hüquq sahəsində);
  • Mülki hüquq (korporativ və icra hüququ, müqavilə hüququ və s.), əmək hüququ, rəqabət hüququ, əqli mülkiyyət hüququ, istehlakçı hüquqları və sahibkarlıq fəaliyyətini tənzimləyən digər hüquq sahələri, habelə, mülki, inzibati, cinayət prosessual qanunvericiliyi üzrə bilik və bacarıqlara sahib olmalı,
  • Azərbaycan Respublikası qanunvericiliyini mükəmməl bilməli (Məcəllə, normativ hüquqi aktlar, lizinq və BOKT və fəaliyyəti haqqında qanun və s.);
  • Müvafiq sahədə minimum 5 il, rəhbər olaraq minimum 2 il təcrübəsi olmalı (xüsusilə bank, lizinq və ya BOKT sahələrində);
  • Azərbaycan, ingilis və rus dillərində hüquqi sənədlərlə işləmək və kommunikasiya bacarığı;
  • Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;
  • Liderlik, ekspertlik, yaxşı ünsiyyət və komanda ilə işləmək bacarıqları, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Vəkillər Kollegiyasının üzvü olmalı;
  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquq Şöbə Rəhbəri” yazaraq qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Похожие вакансии