Баку,
Азербайджан
22.10.24
-
22.11.24
O работе
- Şirkətin qaydalarına müvafiq şəkildə təmiz uniformaları personala paylamaq. Paylaşdırıldıqda, qaytarıldıqda və ya təmizləndikdə təyin edilmiş və edilməmiş uniformaları qeydə almaq. Uniformaların zədələndiyini yoxlamaq və standartlara cavab verməyən uniformaları dövriyyədən çıxartmaq və dəyişdirilməsini bildirmək. Zəruri qaydada, uniforma və camaşırların inventarını tamamlamaq. Qonaqların yuyulmağa göndərilmiş paltarlarını qəbul etmək, yoxlamaq və qeydə almaq. Əsas yoxlamanı tamamlamaq və bir saat ərzində onu Micros sisteminə daxil etmək və onu Qəbul masasına təqdim etmək. Uniformaların təmirinə və qonaqların geyimlərinə görə cavabdehlik daşıyır;
- Yuyucu, quru təmizləmə və qurulama maşınlarını işlətmək və onlara nəzarət etmək, eləcə də, kimyəvi maddələr əlavə etmək və boruları təmizləmək. Köhnəlmiş və ya sıradan çıxmış əşyaları təyin etmək və təmir etmək, ləkə aparmaq, yenidən yumaq və ya ləğv etməklə vəziyyəti müəyyən etmək. Yuyucu, qurulayıcı və ya quru təmizləmə maşınlarından çıxmış əşyaların təmizliyini yoxlamaq və təmiz camaşır arabalarına yığmaq. Qurulama maşınlarını parçanın növündən asılı olaraq vaxt və temperatura qurmaq. Qurulama bölmələrindən lif və qırıntıları təmizləmək, təmizləmə süzgəclərini qurulamaq və hər təmizləmədən sonra boruları təmizləmək. Yuyulmuş əşyaları əl ilə və ya bükmə maşının köməyi ilə nəzərdən tutulmuş ölçüdə bükmək. Yuyulmuş əşyaların dəqiq qeydlərini aparmaq.
Требования
- Camaşırxana işçisi və ya dərzi kimi əvvəlki iş təcrübəsi;
- İşçi geyimlərinin tikişində təcrübəli olmaq, tikiş qaydalarını bilmək;
- Zədələnmiş və ya yırtılmış paltarların düzəldilməsi;
- Pozitiv münasibət, çalışqan, məsuliyyətli;
- Yaxşı ünsiyyət bacarıqları.
Другие
Туризм
Срок действия задания истек