Баку,
Азербайджан
11.03.23
-
10.04.23
O работе
- Tərtib edilmiş aylıq plan və üst rəhbərlərin göstərişinə əsasən, xidməti təminat aparılan strukturlarda iş fəaliyyətini özündə əks etdirən proses və qaydaları izləmək, epizodik yoxlama və araşdırmalar, monitorinqlər həyata keçirmək;
- Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə xidməti təminat apardığı struktur bölmələrdə neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amilləri aradan qaldırmaq;
- Şirkətin balansında olan əmlakların faktiki mövcudluğuna, uçot üzrə hərəkətinə, təyinatı üzrə düzgün istifadəsinə, mövcud vəziyyətinə və silinməsinə dair dövri olaraq inventarizasiya və təftiş yoxlamalarının aparılmasına nəzarəti təmin etmək;
- Mal və materialların alqı-satqı və dövriyyəsinə dair tədarükçülər ilə bağlanılmış müqavilələrin şirkətin strategiya, prinsip və mənafeyinə uyğunluğunu yoxlamaq və ehtimal olunan riskləri müəyyən etmək;
- Şirkətdə mal-material qiymətlilərinin satış və istehlak tələbatına uyğun sifarişlə alınmasının, standartlara uyğun saxlanması qaydalarına və şəraitinə düzgün riayət edilməsinin mütəmadi olaraq monitorinq edilməsinə nəzarəti təmin etmək;
- Mümkün maliyyə risklərinin müəyyən edilməsi və idarəedilməsi məqsədi ilə yoxlama apardığı struktur bölmələrində neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılmasını təmin etmək;
- Nahar ilə təmin edilmə;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 08:00 - 17:00.
Требования
- Təhsil: Ali (iqtisadiyyat, menecment, mühasibat uçotu, maliyyə və audit);
- Təcrübə: Maliyyə, mühasibatlıq, daxili audit, xarici audit, təftiş, inventarizasiya və ya digər oxşar sahələrin idarə edilməsində ən azı 3 illik təcrübə;
- Dil bilikləri: Azərbaycan dilini əla bilməli, ingilis və rus dilləri arzuolunandır;
- Kompüter bacarıqları: MS Office (xüsusilə Excel proqramında təhlil və analitik işləmə bacarığı), mikro sistemlərindən və əl terminallarından istifadə bacarığı;
- CIA, ACCA, CPA ixtisas dərəcələrinin mövcudluğu üstünlük hesab edilir;
- Məsuliyyətlilik, operativlik, diqqətlilik, ünsiyyət bacarığı;
- Problem həll etmə, analitik düşünmə bacarığı;
- SAP biliyi.
Финансы
Mühasib
Финансовые услуги