Veysəloğlu Şirkətlər Qrupu

Daxili nəzarət üzrə aparıcı mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
11.03.23 - 10.04.23

İş haqqında məlumat

  • Tərtib edilmiş aylıq plan və üst rəhbərlərin göstərişinə əsasən, xidməti təminat aparılan strukturlarda iş fəaliyyətini özündə əks etdirən proses və qaydaları izləmək, epizodik yoxlama və araşdırmalar, monitorinqlər həyata keçirmək;
  • Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə xidməti təminat apardığı struktur bölmələrdə neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amilləri aradan qaldırmaq;
  • Şirkətin balansında olan əmlakların faktiki mövcudluğuna, uçot üzrə hərəkətinə, təyinatı üzrə düzgün istifadəsinə, mövcud vəziyyətinə və silinməsinə dair dövri olaraq inventarizasiya və təftiş yoxlamalarının aparılmasına nəzarəti təmin etmək;
  • Mal və materialların alqı-satqı və dövriyyəsinə dair tədarükçülər ilə bağlanılmış müqavilələrin şirkətin strategiya, prinsip və mənafeyinə uyğunluğunu yoxlamaq və ehtimal olunan riskləri müəyyən etmək;
  • Şirkətdə mal-material qiymətlilərinin satış və istehlak tələbatına uyğun sifarişlə alınmasının, standartlara uyğun saxlanması qaydalarına və şəraitinə düzgün riayət edilməsinin mütəmadi olaraq monitorinq edilməsinə nəzarəti təmin etmək;
  • Mümkün maliyyə risklərinin müəyyən edilməsi və idarəedilməsi məqsədi ilə yoxlama apardığı struktur bölmələrində neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılmasını təmin etmək;
  • Nahar ilə təmin edilmə;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 08:00 - 17:00.

Tələblər

  • Təhsil: Ali (iqtisadiyyat, menecment, mühasibat uçotu, maliyyə və audit); 
  • Təcrübə: Maliyyə, mühasibatlıq, daxili audit, xarici audit, təftiş, inventarizasiya və ya digər oxşar sahələrin idarə edilməsində ən azı 3 illik təcrübə;
  • Dil bilikləri: Azərbaycan dilini əla bilməli, ingilis və rus dilləri arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office  (xüsusilə Excel proqramında təhlil və analitik işləmə bacarığı), mikro sistemlərindən və əl terminallarından istifadə bacarığı;
  • CIA, ACCA, CPA ixtisas dərəcələrinin mövcudluğu üstünlük hesab edilir; 
  • Məsuliyyətlilik, operativlik, diqqətlilik, ünsiyyət bacarığı; 
  • Problem həll etmə, analitik düşünmə bacarığı;
  • SAP biliyi.


Elanın müddəti bitmişdir