Баку,
Азербайджан
10.12.24
-
10.01.25
O работе
- Cəmiyyətin satınalma planına uyğun olaraq, mal, iş və ya xidmətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq satınalınmasını (Əsas Şərtlər Toplusunu hazırlamaq, sifarişçi və Tender Komissiyası ilə razılaşdırılmasını, müvafiq qaydada elan olunmasını təmin etmək və s.) tender prosesinin idarəolunmasını təşkil etmək və tender təkliflərini təhlil edərək nəticəsi barədə Tender Komissiyasına məlumat vermək;
- Tenderin nəticələrinə dair yekun protokolu hazırlamaq və Tender Komissiyası tərəfindən imzalanmasını təmin etdikdən sonra müvafiq icra hakimiyyəti orqanına qeydə alınması üçün göndərilməsini təşkil etmək;
- Tender müqavilələrin hazırlanması prosesində iştirak etmək və mümkün sənədlərin təmin edilməsinə dəstək olmaq;
- Tender Komissiyasının tərkibinin təyin olunması və dəyişikliyin edilməsi barədə Əmrləri formalaşdırmaq və imzalanması prosesinə nəzarət etmək;
- Ehtimal dəyəri 5000 AZN-dən yuxarı olan mal, iş və ya xidmətlərin bir mənbədən satınalma metodu əsasında icrası istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq məktubun hazırlanması və müvafiq icra hakimiyyəti orqanına göndərilməsi;
- Şöbənin fəaliyyətinə dair Hesabatların hazırlanması, analizi, satınalma sorğularının hazırlanması və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək.
Требования
- Ali Təhsil;
- Müvafiq sahədə 5 ilədək iş təcrübəsi;
- “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu bilməli;
- Təchizat və satınalma prosesləri və ümumi prinsipləri bilməli;
- Tender sahəsində azı 1-3 il iş təcrübəsi;
- MS Office proqramları və ERP üzrə işləmə bacarığı;
- Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı İnkişaf, Nəticə Yönümlülük, Çeviklik səriştəlikləri;
- Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri üstünlükdür.
Снабжение
Профессиональные услуги