SOCAR

Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər

By agreement 109
Full-time
Sumgayit, Azerbaijan
19.07.24 - 18.08.24

Working conditions

  • İstismarda olan orta və alçaq təzyiqli qaz kəmərlərində kəsilibquraşdırılma, dəyişdirilmə zamanı çilingər işlərinin yerinə yetirilməsi;
  • Qaz kəmərlərində kipləşdirici, gücləndirici, taxma bilərziklərin və bandajların quraşdırılması;
  • Yeraltı qaz kəmərlərinin izolyasiyası;
  • Bilavasitə yol üstündə yerləşən qaz kəmərlərinin böyük fasonlu hissələrinin və detallarının nişanlanması və quraşdırılması;
  • Qaz eskizlərinin tərtib olunması;
  • Yeraltı qaz kəmərlərinin hermetikliyinin elektron cihazlarla yoxlanılması və izolyasiyanın vəziyyətinin müəyyən edilməsi;
  • Qaz sızan yerlərin lokallaşdırılması;
  • Qaz kəmərlərinin sıxlığa, buxara verilmə və hava ilə təmizlənmə sınaqlarının həyata keçirilməsi;
  • Aşağı təzyiqli kondensat yığıcılarının suyu kənara axıdan borularının və keçiricilərin uzunluğu artırılarkən xüsusi mürəkkəb hesab edilən çilingər işlərinin yerinə yetirilməsi;
  • Orta və alçaq təzyiqli kondensat yığıcılarının sökülməsi, dəyişdirilməsi və quraşdırılması. 

Requirements

  • Fəaliyyətdə olan orta və alçaq təzyiqli qaz kəmərlərində kəsilib-quraşdırma, izolyasiya və dəyişdirmə işlərinin qayda və üsullarını;
  • Qaz kəmərlərinin hava ilə təmizlənməsi, sınaqdan çıxarılması və buxara verilməsi işlərinin yerinə yetirilmə qayda və üsullarını, qaz kəmərlərinin germetik vəziyyətinə nəzarət edən elektron cihazların quraşdırma işini;
  • Kondensat yığıcılarının, siyirtmələrin, avtomatik yağlayıcı kranların kompen- satorların quraşdırılması və sökülməsi qaydalarını;
  • Qaz kəmərlərində təzyiqi aşağı salmadan kəsib-quraşdırma işlərini aparmaq üçün tərtibatların quraşdırılması və belə qaz kəmərlərində təmir işlərinin yerinə yetirilməsi qaydalarını;
  • Mürəkkəb və böyük fasonlu hissələrin və qaynaq üçün hazırlanan detalların nişanlanması, emal və yığılmasının texniki şəraitini;
  • Qaz kəmərləri və qurğularının quraşdırılması, sınaqdan çıxarılması və istismara verilməsinin texniki şəraitini;
  • Yeraltı qaz kəmərlərinə quraşdırılmış xüsusi mürəkkəb avadanlıqların konstruktiv xüsusiyyətlərini və onun təmir qaydalarını;
  • Qaz kəmərlərinin kəsişməsi və mürəkkəb qovşaqların ekizlərinin tərtib olunma qaydalarını;
  • İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını. 
  • Vakansiya ilə maraqlanan şəxslər https://careers.socar.az/sap/bc/webdynpro/sap/hrrcf_a_applwizard?PARAM=cG9zdF9pbnN0X2d1aWQ9OEEyQkYxOTkxNjAyMUVERjkxQTA2NERGREQyQjA0N0M%3d&sap-wd-configid=ZHCM_WDC_RCF_APPLWIZARD_DEF&sap-theme=sap_bluecrystal&sap-client=600&sap-language=AZ&SAP-THEME=sap_bluecrystal# linkinə keçid edərək müraciət edə bilər.


This job has expired

Related vacancies