Baku,
Azerbaijan
12.12.24
-
12.01.25
Working conditions
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin qəbul edilməsi;
- Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
- Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin nəzarətdə saxlanılması və hesabatının aparılması;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
- Müştərilərin suallarını dinləyib, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi;
- Balansın yoxlanılması və növbənin əvvəlində kassanın qəbulu;
- Mal və məhsulların qaimə üzrə İiko sisteminə daxil edilməsi;
- Kassada müştəri xidməti;
- Ticarət zalında kifayət qədər miqdarda çeşidin olmasını nəzarət etmək və lazım gələrsə onu doldurmaq;
- Alqı – satqı zamanı alıcılara məsləhət vermək;
- Satış üçün malların hazırlanması;
- Malların qiymət etiketlərinə nəzarət etmək;
- Malların saxlama müddətinə nəzarət etmək;
- Mağazada malların yerləşdirilməsi və onlara nəzarət etmək;
- Kassa intizamına riayət olunması;
- Vəsaitlərin təhlükəsizliyinin təmin edilməsi;
- İnkasasiyada iştirak etmək;
- Kassanın açılması / bağlanması;
- Növbəli iş cədvəli ilə 6 günlük iş həftəsi;
- Peşəkar inkişaf və irəliləyiş;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Requirements
- Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
- Azərbaycan dilində sərbəst danışmaq (Rus və ya İnglis dili üstünlükdür);
- Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
- Kassa aparatından istifadə təcrübəsi (təcrübə arzuolunandır);
- Məsuliyyətli, punktual və komandada işləmək bacarığı;
- Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini e-mail ünvanına, mövzu hissəsində vakansiya adını “Xəzinədar-satıcı” qeyd edərək göndərilməsi xahiş olunur.
Cashier
Food