SOCAR

Xətt baxıcısı

By agreement 166
Full-time
Baku, Azerbaijan
28.06.24 - 28.07.24

Working conditions

  • Magistral qaz kəmərləri üzərində olan xətti kranlara və digər avadanlıqlara «qazanalizator» vasitəsilə texniki baxış keçirilməsi, nöqsan (sızma) aşkar edilərsə rəhbərliyi məlumatlandırmaq;
  • Torpaq korroziyasından və səyyar cərəyan mənbəsindən elektrik mühafizə qurğusu olmayan boru kəmərinin birxətli hissəsinin su yığıcılarına, quyulara, bağlayıcı armaturalara, əlaqə xətlərinə və onların üzərində olan tikililərə gəzərək baxmaq və xidmət etmək;
  • Qazın sızması, boru xəttində zədələnmə halları və ayrılmış sahədə və mühafizə zonasında müxtəlif pozuntular aşkar edildikdə təxirə salınmadan rəhbərliyə məlumat vermək;
  • Ayrılmış sahədə şurflar qazmaq, kolların qırmaq otları çalmaq, sahil bərkitmələrini düzəltmək, ot örtüyünü, hörgüləri və daş tullantılarını təmizləmək;
  • Xətt baxıcısının qeydlər jurnalında müvafiq qeydlərin aparmaq;
  • Təmirə hazırlıq işlərinin aparılması zamanı təmir ediləcək hissədə giriş və çıxış kranlarını bağlamaq və şam vasitəsilə həmin hissədə olan təbii qazı havaya buraxmaq;
  • Təmirdən sonra qazın verlişinin bərpası zamanı bağlanmış giriş kranının açılması, hava qarışığının şam vasitəsilə üfürmək;
  • Şamdan çıxan qazın hava ilə qarışığının olmadığına tam əmin oduqdan sonra şamın bağlanması və çıxış siyirtməsini(və ya kranlarının) açmaq;
  • Xidmət rəisinin tapşırıq və göstərişlərini yerinə yetirmək;
  • İstifadəsində olan alət və vəsaitlərin saz vəziyyətdə olmasına nəzarət etmək;
  • Təhvil-təslim sənədləşmənin aparılmasında iştirak etmək.

Requirements

  • Təhkim olunmuş birxətli və yaxud çoxxətli boru kəmərinin trası və onun üzərində olan tikililəri bilməli;
  • Çoxxətli keçidlərdə və quyularda bir xətdən başqa xəttə keçirmə sxemini, əlaqə və siqnalizasiya vasitələrindən istifadə edilməsi qaydalarını bilməli;
  • Ayrılmış torpaq sahəsinə və onun mühafizə olunan hissəsinə nəzarət edilməsi qaydalarını bilməli;
  • İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatlarını;
  • Magistral qaz kəmərlərinin təmir və texniki xidmət işlərini;
  • Qazların fiziki və kimyəvi xüsusiyyətlərini bilməli;
  • İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası qayda və nоrmalarını bilməli;
  • Elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi və yanğından mühafizənin norma və qaydalarını bilməli;
  • Ətraf mühatin mühafizəsi ilə əlaqədar ekoloji normativ sənədlərini bilməli;
  • Magistral qaz kəmərlərinin istismarı qaydalarını bilməli;
  • Fəaliyyəti tənzimləyən daxili normativ sənədləri bilməli. 
  • Vakansiya ilə maraqlanan şəxslər https://careers.socar.az/sap/bc/webdynpro/sap/hrrcf_a_applwizard?PARAM=cG9zdF9pbnN0X2d1aWQ9OEVEQjhCMjUzMjAyMUVERjg5RTMwRkMyOUE4QTg0Mzc%3d&sap-wd-configid=ZHCM_WDC_RCF_APPLWIZARD_DEF&sap-theme=sap_bluecrystal&sap-client=600&sap-language=AZ&SAP-THEME=sap_bluecrystal# linkinə keçid edərək müraciət edə bilər.


Related vacancies