North West Construction

Texniki ofis mühəndisi

By agreement
3145
Full-time
Baku, Azerbaijan
21.02.25 - 22.03.25

Working conditions

  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edilməsi;  
  • Yol və bina-inşaat materialların, konstruksiyaların və məmulatların araşdırılmasını təmin etmək; 
  • Tikinti sahəsi üzrə texniki sənədləşməniin əldə edilməsində iştirak etmək,obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması,layihələndirmə üzrə tapşırıqların tərtib edilməsi;  
  • Layihə sənədlərinə,tikinti norma və qaydalarına,texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;  
  • Layihə üzrə görulən işlərin iş planının hazırlanması,layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatların tərtib edilməsi;  
  • Tikinti sahəsi üzrə formaların tərtibatı;  
  • Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədlərin təqdim edilməsi;  
  • Qiymətləndirmə üçün hesabatların aparılması.

Requirements

  • Mühəndislik sahəsi üzrə ali təhsil;  
  • Texniki şöbədə minimum 3 il iş təcrübəsi; 
  • İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, Primavera);  
  • Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmçinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilməli;  
  • Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilməli; 
  • Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə müvafiq biliklərə malik olmaq; 
  • Dil bilikləri: Azərbaycan və rus dilləri (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili (üstünlükdür); 
  • Müstəqil iş bacarığı,işində məsuliyyətlilik.  

Related vacancies