MKT İstehsalat Kommersiya MMC

Texniki dəstək üzrə mütəxəssis

By agreement
Full-time
Baku, Azerbaijan
13.03.24 - 12.04.24

Working conditions

  • İstifadəçilərin Helpdesk Portalı vasitəsi ilə qəbul olan müraciətlərin icrasını həyata keçirmək;
  • Telefon zəngləri və ya şifahi formada daxil olan müraciətləri ehtiyyac yarandığı təqdirdə Helpdesk Portalında yaratmaq və icrasını həyata keçirtmək;
  • Helpdesk Portalı problem və insidentlər və eləcə də onların həlli barədə məlumatları sistemə daxil etmək;
  • Helpdesk Portalı vasitəsi ilə qəbul olunan müraciətləri əsas tutaraq Şirkətın istifadəçilərinin texniki dəstəyin göstərilməsini təmin etmək;
  • Şirkətin kompüter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostikasının keçirilməsi, eləcə də profilaktika və diaqnostika zamanı ortaya çıxan nasazlıqları aradan qaldırmaq;
  • Xidmət zamanı qarşılaşılan problemlər barəsində Helpdesk Portalında qeyd etməklə Departament rəhbərinə və müavininə yazılı məlumat vermək;
  • Yeni kompüterlərin hazırlanması və proqram təminatları ilə təmin edilməsini həyata keçirmək;
  • Yeni iş yerlərinin hazırlanması, Cəmiyyətin cari və yeni açılan filiallarının İT infrastrukturun qurulması, kompüter və ofis texnikasını sazlamaq;
  • İşçi yerlərinə kabellərin çəkilməsi və sonlanmasını həyata keçirmək;
  • Texniki avadanlıq, preferiya qurğuları və.s təlabatı haqqında yazılı məlumat vermək;
  • Təhlükəsizlik kameralarının qurulması, texniki dəstək göstərmək;
  • Şəbəkədə, serverlərdə yaranmış problemlər haqqında Departament rəhbərini məlumatlandırmaqla Şəbəkə İnzibatçısına vəya Sistem İnzibatçısına (inzibatçı olmadığı təqdirdə müavinə) yazılı məlumat vermək;
  • İşçilər tərəfindən istifadə olunan proqram təminatlarında yaranmış sualları ətraflı cavablandırmaq;
  • Yaranmış texniki problemlər həll olunması ilə bağlı ezamiyyətə getməklə problemlərin yerində həll olunmasını icra etmək;
  • Departamentin rəhbəri, onun müavinin şifahi və ya yazılı verdiyi tapşırıqları vaxtı-vaxtında icra etmək.

Requirements

  • Təhsil: Ali;
  • Dil bilikləri: İngilis dili (texniki), rus dili arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office proqram təminatlarını əla vəziyyətdə bilməli;
  • Windows əməliyyat sisteminin quraşdırılması, sazlanması və idarə edilməsi;
  • Serverlər haqqında fundamental bilikləri olmalı;
  • Şəbəkənin əsaslarına dair minimal nəzəri və praktik bilikləri olmalı;
  • Windows əməliyyat sisteminin quraşdırılması, sazlanması və idarə edilməsi;
  • Analoq və İP kameraları ilə, DVR və NVR-ların quraşdırılması, sazlanması və idarəetmə bacarığı olmalı;
  • Printerlərin və digər periferik qurğularla bağlı proqram səviyyəli nasazlıqlarının aradan qaldırılmasını bacarmalı;
  • Rack kabinlərin yığılmasını bacarmalı;
  • Analitik düşünmək və problemi qısa zamanda həll etmək bacarığı olmalı;
  • Məsafədən idarəetmə proqramları ilə işləmək bacarığı olmalı (remote service);
  • Backup texnologiyaları biliyi olmalı;
  • Kabellərin sonlandırılmasını bilməli.


This job has expired