Location Baku, Azerbaijan
Work type Full-time
Category Engineering
Vacancy date 18.01.23 17.02.23

Working conditions

  • İsitmə-soyutma, su, hava təchizatı və digər mexaniki bina infrastruktur sistemlərində və elementlərində texniki xidmət və təmir işlərinin aparılması;
  • Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması;
  • Yeni mexaniki qurğu və avadanlıqların quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması;
  • Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrası;
  • Müxtəlif müayinə və sınaq cihaz və alətlər vasitələri ilə işlərin icrası
  • Mexaniki sistem, avadanlıq və cihazların nasazlıqların aşkarlanması və müayinəsi;
  • Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi;
  • İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi;
  • Mexaniki avadanlıqların dəyişdirilməsi üçün texniki tələblərin müəyyən edilməsi və təkliflərin verilməsi;
  • Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi;
  • İşlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması;
  • İş qrafiki: I-V günlər;
  • İş saatı: 08:00-dan 17:00-dək;
  • İş yeri: Zərifə Əliyeva küç.93.

Requirements

  • Təhsil: Müvafiq sahə üzrə peşə və ya ali təhsil;
  • Təcrübə: Müvafiq sahə üzrə (mexanik) minimum 5 il təsdiqli iş təcrübəsi;
  • Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi;
  • Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;
  • Yaşayış və kommersiya ərazilərinə dair mexaniki standartlar və tələblər üzrə əsaslı biliklər;
  • Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları;
  • Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.

Follow us on Teleqram for more vacancies.

Related vacancies