Aqrar İnnovasiya və Təchizat Şirkəti

Təchizat şöbəsinin müdiri

3000 - 3400 ₼
Full-time
Baku, Azerbaijan
24.04.24 - 24.05.24

Working conditions

  • Şirkətdə maddi vəsaitlərin (əsas vəsaitlərin və mal-material ehtiyatlarının) idarə olunması üzrə proseslərin ən yaxşı təcrübələr əsasında qurulması, tətbiqi və inkişaf etdirilməsini təmin etmək;
  • Strukturlarda əsas vəsaitlərin uçotu və hərəkətinin idarə olunması, mal-material anbarlarının işinin təşkil olunmasını təmin etmək;
  • Əsas vəsaitlərin və mal-material qalıqlarının uçotu və hərəkəti üzrə proqram təminatının istifadəsi, vəsaitlər haqqında ətraflı məlumat bazasının yaradılması və saxlanılması, anbar hərəkətləri üzrə daxili nəzarət qaydaları və prosedurlara uyğun sənəd axışı və hesabatlılıq sisteminin tətbiqini və inkişaf etdirilməsini təmin etmək;
  • Daxili təminat və sifarşlərin zamanında və düzgün şəkildə təmin edilməsini işini təşkil etmək;
  • Şirkətlərdə əsas vəsait və anbarların idarə olunması üzrə strukturların formalaşdırılması və inkişaf etdirilməsi, həmçinin həmin strukturlara funksional və metodoloji rəhbərlik etmək və strukturlarda müvafiq prosedur və proseslərin tətbiqini təmin etmək;
  • Funksiyadaxili inventarizasiyanın mütəmadi olaraq həyata keçirilməsini təmin etmək;
  • Daxili Nəzarət Departamenti tərəfindən təşkil olunan İnventarizasiya Komissiyasının tərkibində iştirak etmək və dövri inventarizasiya prosesi üçün vəsaitlərin və uçotun hazır vəziyyətə gətirilməsini, həmçinin inventarizasiya üçün funksional dəstəyin təmin olunmasını təşkil etmək;
  • İstifadəyə yararsız və köhnəlmiş vəsaitlərin, həmçinin iş prosesində yaranmış dəyərli yan-istehsalat məhsullarının realizasiyaya hazır vəziyyətə gətirilməsini təmin etmək və realizasiya prosesində dəstək olmaq;
  • Mütəmadi olaraq rəhbərlik etdiyi funksiyanın (şirkətlərdəki müvafiq strukturlar da daxil olmaqla) və öz fəaliyyətinə dair rəhbərliyə performans hesabatları təqdim etmək.

Requirements

  • Təhsil: Ali təhsil (maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür); 
  • Təcrübə: Müvafiq sahə üzrə 5 il iş təcrübəsi(anbardar olaraq təcrübə mütləqdir);
  • Dil bilikləri: Azərbaycan dili səlis, rus dili və ya ingilis dili əla səviyyədə;
  • Kompüter bacarıqları: 1C proqramını yaxşı səviyyədə bilmək, MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə bilmək.


This job has expired