Azərbaycan Respublikası Dövlət Neft Fondu

Strateji kommunikasiya şöbəsinin aparıcı mütəxəssisi

By agreement 104
Full-time
Baku, Azerbaijan
21.05.24 - 20.06.24

Working conditions

  • Bütün kommunikasiya platformaları və kanalları üzərindən Fondun məqsədləri ilə uyğunlaşan vahid kommunikasiya strategiyasını həyata keçirmək;
  • Daxili və xarici maraqlı tərəflərlə, o cümlədən investorlarla, dövlət qurumları, media orqanları və tərəfdaşlarla münasibətlər quraraq Fondun nüfuzunu və təsirini artırmaq;
  • Press-relizlər, məqalələr, çıxışlar, təqdimatlar və multimedia materialları daxil olmaqla, yüksək keyfiyyətli məzmun yaratmaq;
  • KİV ilə münasibətlərin saxlanması və dərinləşdirilməsinə dəstək vermək; sorğu və məktublara vaxtında və dəqiq cavab vermək;
  • Daxili və xarici kommunikasiya strategiyaları vasitəsilə maraqlı tərəfləri cəlb etmək və Fondun təşəbbüsləri və strateji prioritetləri haqqında məlumatlandırma səviyyəsini artırmaq;
  • Fondun investisiya strategiyaları, fəaliyyəti və portfelinin performansı haqqında məlumatlı olmaq; qlobal maliyyə bazarlarını, geosiyasi hadisələri və trendləri izləmək;
  • Fondun veb-saytınının məzmununu idarə etmək; Fondun illik hesabatlarını hazırlamaq;
  • Korporativ üsluba uyğun olaraq nəşrlər və brendinq materiallarının yaradılmasına dəstək vermək;
  • Fondun fəaliyyəti ilə bağlı tədbirlərin təşkilinə kömək etmək və ehtiyac olduğu halda tədbirlərdə çıxış etmək;
  • Struktur bölməsinin fəaliyyətinə daxil olan digər vəzifə və öhdəlikləri yerinə yetirmək;
  • Korporativ üsluba uyğun olaraq nəşrlər və brendinq materiallarının yaradılmasına dəstək vermək;
  • Fondun fəaliyyəti ilə bağlı tədbirlərin təşkilinə kömək etmək və ehtiyac olduğu halda tədbirlərdə çıxış etmək;
  • Struktur bölməsinin fəaliyyətinə daxil olan digər vəzifə və öhdəlikləri yerinə yetirmək.

Requirements

  • Təhsil: Kommunikasiya, İctimaiyyətlə əlaqələr, jurnalistika, beynəlxalq münasibətlər və digər uyğun istiqamətlərdə ali təhsil;
  • Təcrübə: Kommunikasiya, ictimaiyyətlə əlaqələr sahəsi üzrə ən az 3 il təcrübəyə malik olmaq (Maliyyə sahəsində olması arzuolunandır);
  • Dil bilikləri: İngilis və Azərbaycan dillərində mükəmməl yazılı və şifahi kommunikasiya bacarıqları;
  • Kommunikasiya sahəsində ümumi prinsiplər, strategiyalar haqqında dərin məlumatın olması;
  • Kommunikasiya sahəsində yerli qanunvericiliklə tanışlıq;
  • Əla kommunikasiya bacarıqları, təqdimat, analitik düşüncə, problem həll etmə, MS Office proqramları və kommunikasiya alətləri üzrə zəruri bilik və kreativlik;
  • Planlaşdırma və təşkilatçılıq, təşəbbüskarlıq, problem həlletmə, stressə davamlı, dizayn proqramında işləmə bacarığı.


This job has expired