MKT İstehsalat Kommersiya MMC

Standartlaşdırma və metrologiya üzrə aparıcı mütəxəssis

By agreement
Full-time
Baku, Azerbaijan
30.04.24 - 30.05.24

Working conditions

  • Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanununa və müvafiq iş təlimatlarına uyğun olaraq filial və məntəqələrdə metroloji təminat üzrə işləri yerinə yetirmək, istismarda olan ölçmə vasitələrinin kalibrlənməsini təmin etmək;
  • Metrolji təminatının yaxşılaşdırılması, ölçmə vasitələri və sınaq avadanlıqlarının təkmilləşdirilməsi istiqamətində yeni təklif və layihələrin hazırlanmasında iştirak etmək;
  • İstismar olunan və istismara yeni daxil edilən ölçmə vasitələrinin kalibrlənməsi dövriliyini müəyyən etmək və bunun yerinə yetirilməsi üçün təqvim-cədvəl hazırlamaq;
  • Ölçmə vasitələrinin vaxtaşırı (dövlət və beynəlxalq standartlara, mövcud normativ sənədlərə və iş təlimatlarına uyğun) kalibrlənməsini  yerinə yetirmək;
  • Yeni ölçmə vasitə və metodlarının  seçilməsi üzrə işləri yerinə yetirmək, onların yerinə yetirilməsi metodikasını işləyib hazırlamaq;
  • Nəzarət-ölçü cihazlarının vəziyyəti ilə əlaqədar texnoloji prosesdə yaranmış xətaların səbəblərinin analiz edilməsində və bu xətaların aradan qaldırılmasında iştirak etmək;
  • Şöbə rəisinin verdiyi tapşırıqları vaxtında icra etmək və hesabat vermək;
  • Beynəlxalq ISO 17025 Standartının tələblərinə uyğun sistem sənədlərinin daimi işlək vəziyyətdə saxlanmasında yaxından iştirak etmək;
  • Ölçmələrin dəqiqliyinin nizamlanması və daha da artırılması sahəsində dövlət və beynəlxalq standartların, digər normativ sənədlərin tətbiq edilməsində iştirak etmək;
  • Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:30 - 18:30;
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.

Requirements

  • Təhsil: Ali (Standartlaşdırma və metrologiya üzrə);
  • Təcrübə: Sahə üzrə 5 il iş təcrübəsi tələb olunur;
  • Ölçmə vasitələrinin kalibrlənməsi və qeyri müəyyənliyin hesablanması üzrə bacarıq və bilik;
  • Beynəlxalq ISO 17025 Standartının tələblərinə uyğun sistem sənədlərinin daimi işlək vəziyyətdə saxlanmasında yaxından iştirak etmək;
  • Ölçmə vasitələrinin kalibrlənmə nəticələrinə uyğun olaraq kalibrlənmə sertifikatı hazırladıqda qeyri-müəyyənliyin hesablanmasını yerinə yetirmək;
  • Regionlara fasiləsiz ezamiyyə getmə imkanına sahib olmaq;
  • Ofis proqramlarında sərbəst işləmək bacarığı;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Komanda ilə işləmək bacarmağı;
  • Məsuliyyətlilik, diqqət və dəqiqlik.