Baku,
Azerbaijan
18.12.24
-
18.01.25
Working conditions
- Şirkətin biznes proseslərinin idarə olunması, strategiyasının hazırlanması və həyata keçirilməsini təmin etmək;
- Mədənçilik əməliyyatlarında proseslərin və prosedurların optimallaşdırılması və təkmilləşdirilməsi üzrə layihələrə rəhbərlik etmək;
- Keyfiyyət standartlarına uyğunluğun təmin edilməsi üçün auditlər və təftişlərin keçirilməsini təşkil etmək;
- Keyfiyyət göstəricilərinin təhlili və hesabatların hazırlanmasını təmin etmək;
- Problemlərin təhlili və əsas səbəblərinin müəyyən edilməsi üçün metodologiyalar tətbiq etmək;
- Keyfiyyətə Nəzarət Planının hazırlanması və prosedurların icrasına nəzarət etmək;
- Sınaq laboratoriyasında avadanlıqların düzgün istifadə edilməsinə nəzarət edilməsini təmin etmək;
- Sınaq laboratoriyasında avadanlıqların dövlət yoxlamalarından vaxtında keçirilməsinin və avadanlıqların kalibrasiya olunmasının təmin edilməsinə nəzarət etmək;
- Sınaq laboratoriyasının akkreditasiyasının təşkil edilməsini həyata keçirmək;
- Hazır məhsullara uyğunluq sertifikatlarının alınması və yenilənməsi işinin təşkil edilməsini təmin etmək;
- Keyfiyyət idarəetmə sisteminə aid olan prosedur, qayda, təlimat, qeyd formaları və digər sənəd layihələrinin hazırlanmasını, onların vaxtında və düzgün şəkildə tətbiq olunmasını təmin etmək.
Requirements
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri yaxşı səviyyədə tələb olunur;
- Kommunikasiya bacarıqları, problem həll etmə və qərar qəbul etmə bacarığı, liderlik, analitik düşünmə bacarıqları;
- Məlumatları təhlil etmək, performansa nəzarət etmək və uyğunluğu izləmək üçün mədən proqramlarından, laboratoriya avadanlıqlarından və keyfiyyətə nəzarət alətlərindən istifadə etmək;
- Məhsulların keyfiyyət standartlarına cavab verməsini təmin etmək üçün texniki sənədləri, təlimatları və planları oxuma və təhlil etmə bacarığı;
- Keyfiyyətə nəzarət, proseslərin optimallaşdırılması, komplayns, daxili nəzarət sahəsində və ya əlaqədar sahədə ən azı 5 il iş təcrübəsi, İdarəetmə üzrə minimum 3 il iş təcrübəsi tələb olunur;
- Ali təhsil. Dağ-mədən mühəndisliyi, geologiya, biznesin idarəedilməsi və ya əlaqəli sahədə ali təhsili olan namizədlərə üstünlük verilir;
- Keyfiyyət idarəetmə sistemləri (ISO 9001, ISO 14001, ISO 45001, ISO 17025) və keyfiyyətə nəzarət standartları üzrə təcrübə tələb olunur.
Administrative, Business, Management
Professional services