Air Group

Satış və marketinq departamentinin direktoru

By agreement
Full-time
Baku, Azerbaijan
13.03.24 - 12.04.24

Working conditions

  • Satış və marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Satış və marketinq əməkdaşlarının gündəlik fəaliyyətlərinə nəzarət etmək;
  • Satış və marketinq departamenti ilə bağlı bütün fəaliyyəti istiqamətləndirmək və idarə etmək;
  • Yerli və xarici bazarda satış və marketinq, müştərilərlə əlaqələr, layihələrin əldə olunub idarəedilməsinə cavabdeh olmaq;
  • Bütün satış əməkdaşlarının hədəflərinə nail olmasına cavabdeh olmaq;
  • Potensial müştərilər ilə müqavilələrin bağlanılmasını təmin etmək;
  • Şirkətin digər struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurmaq;
  • Rübdə bir  dəfə marketinq analizlərini hazırlamaq;
  • Marketinq fəaliyyətinin bütün sahələri üzrə Şirkət üçün strateji və ətraflı marketinq planının hazırlanması;
  • Şirkətin illik biznes planına uyğun ümumi marketinq büdcəsinin işlənilməsi və rəhbərliyə təqdim edilməsi;
  • Bazar araşdırılmasının aparılması və nəticələrin təqdim edilməsi;
  • Məhsulların satışının irəliləməsi məqsədilə, departamentin işini təşkil edərək, şirkətin veb saytında, sosial şəbəkələrdə, diller şəbəkəsində, B2B satış üsulu və həmçinin satış nöqtələrində məhsulların tanıtımını təmin olunmasına nəzarət etmək;
  • Müştəri məmnuniyyətinin müəyyən edilməsi, çatışmazlıqların aradan götürülməsi üçün təkliflər vermək;
  • Satış üzrə KPİ-ları müəyyən etmək və təkliflər vermək;
  • Görüləcək işlər barədə ilkin analizlərin aparılması, risklərin qiymətləndirilməsi.

Requirements

  • Yaş: 35-50;
  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahədə min. 5 il, xaricdə iş təcrübəsi üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan, rus, ingilis dillərini mükəmməl səviyyədə bilməli;
  • Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü;
  • Kollektivlə ünsiyyət qurma bacarığı;
  • Stresə davamlı;
  • Səliqəli və ciddi xarici görünüş.


This job has expired

Related vacancies