Universal Poliqraf

Satış üzrə menecer

By agreement
Full-time
Baku, Azerbaijan
06.05.24 - 05.06.24

Working conditions

  • Bazar araşdırmalarının aparılması, potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
  • Xidmətin satışına aid sorğuların cavablandırılması, tələbin öyrənilməsi və tələbə uyğun məhsulların təklif olunması;
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi;
  • Potensial müştərilərlə qiymət təkliflərinin və satış şərtlərinin razılaşdırılması;
  • Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması;
  • Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması;
  • Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi;
  • Satışdan sonra müştərilərlə əlaqə saxlayıb onlardan rəylərin alınması və müştəri məmnuniyyətinin yoxlanılması;
  • Müştəri narazıçılıqlarının ətraflı dəqiqləşdirilməsi və ehtiyyac olduğu halda müfaviq şöbələrə yönləndirilməsi;
  • Satışın artırılması üçün mövcud müştərilərlə məhsullarla bağlı çarpaz təkliflər hazırlanması;
  • Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
  • Müştəri narazılıqlarının idarə edilməsi;
  • Şöbə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi;
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Satışdan bonus;
  • İş qrafiki: 6 günlük (şənbə günü 13:00-dək).

Requirements

  • Təhsil: Ali;
  • Təcrübə: Korporativ satış sahəsində minimum 2 illik iş təcrübəsi (Poliqrafiya sahəsində təcrübə üstünlükdür);
  • Dil bilikləri: Azərbaycan dilini səlis, rus dilini bilməsi üstünlükdür;
  • Kompüter bacarıqları: Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Şəxsi inkişafa meyilli, nəticə üçün işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət qurmaq, peşəkar şəkildə canlı danışıqlar və rəsmi yazışmalar aparmaq bacarığı;
  • Komanda ilə işləmək bacarığı.


Related vacancies