Autolux Azerbaijan LLC

Satış müdiri

By agreement
Full-time
Baku, Azerbaijan
28.03.24 - 27.04.24

Working conditions

  • Şirkətin satış planına uyğun olaraq tələblərinə cavab vermək üçün işçilər arasında iş bölgüsü aparmaq, iş qrafiklərini və ya işçilərin iş rejimini planlaşdırmaq;
  • İş vaxtının səmərəli istifadəsi məqsədi ilə iş yerində işçi heyəti və ya stajçılar üçün təhsil sisteminin tətbiqi və onların inkişafını planlaşdırmaq;
  • İşçiləri iş planı barədə məlumatlandırmaq və satış planlarının icrası məqsədi ilə onların işini təşkil etmək;
  • Tabeçilikdə olan işçilərin əmək intizamına riayət etməsinə, funksional öhdəliklərin yerinə yetirilməsinə, korporativ normaların izlənməsinə, müştərilərin idarə olunmasına və müştərilərə xidmətə nəzarət etmək;
  • Tabeçilikdə olan işçilərin işini təhlil etmək, onların peşəkar imkanlarının qarşıya qoyulan məqsəd və tapşırıqlara uyğunluq səviyyəsini müəyyən etmək;
  • Satış departamentinə yeni işçilərin seçilməsində, işə götürülməsində, təlimlərin təşkil edilməsində, qiymətləndirilməsində iştirak etmək və məsləhətlər vermək;
  • Satış departamentinin yeni işçiləri üçün adaptasiya planı hazırlamaq və onun icrasına nəzarət etmək;
  • Şirkətin qəbul etdiyi formada büdcə hesabatlarının hazırlanmasına nəzarət etmək və büdcəni idarə etmək;
  • İşçilərin yeni avtomobil modelləri barədə biliklərini müntəzəm olaraq yeniləmək;
  • Şirkətin satış və marketinq fəaliyyətini idarə etmək;
  • Müştərilər gəlməyən vaxtlarda məhsullar, satış texnikası, kommunikasiya bacarıqları və s. sahəsində əməkdaşların biliklərinin monitorinqini həyata keçirmək;
  • İllik satış planının hazırlanmasında iştirak etmək və həyata keçirmək;
  • İllik satış və təşviqat proqramı hazırlamaq;
  • Satışın və xalis gəlirin həcmini maksimum səviyyədə artırmaq məqsədi ilə gündəlik satış və xərclər barədə məlumatları təhlil etmək, digər zəruri maliyyə təhlilləri aparmaq.

Requirements

  • Təhsil: Ali;
  • Təcrübə: 5 il müvafiq sahədə iş təcrübəsi;
  • Dil bilikləri: Rus dili biliyi, ingilis dili biliyi.


This job has expired