Daşkəsən Dəmir Filiz MMC

Satınalma üzrə mütəxəssis / baş mütəxəssis

By agreement 73
Full-time
Baku, Azerbaijan
27.06.24 - 27.07.24

Working conditions

  • İllik satınalma planının hazırlanmasını və qanunda müəyyən edilmiş müddət ərzində dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsini təmin etmək;
  • Cəmiyyətin mallara (işlərə və xidmətlərə) olan təlabatının müəyyənləşdirilməsində iştirak etmək;
  • Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılmasını və  müvafiq formanın təsdiq etdirilməsini təmin etmək;
  • Dövlət satınalmalarının vahid internet portalında satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsini təmin etmək;
  • Zərurət yarandıqda ixtisaslaşmış malgöndərənlərin siyahısının hazırlanmasını və onlara dəvət məktublarının göndərilməsini təmin etmək;
  • Satınalma prosedurlarının nəticəsi ilə bağlı yekun protokolun müvafiq dövlət orqanına göndərilməsini və qeydiyyata alınması ilə bağlı prosesin nəzarətdə saxlanılmasını təmin etmək;
  • Satınalma prosedurlarının nəticəsi ilə bağlı bildirişin və müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsini və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsini təmin etmək;
  • Tender komissiyasının işini təşkil etmək, iddiaçı şirkətlərin nümayəndələrinin iclaslarda iştirakı ilə bağlı zəruri tədbirlərin görülməsini və onlardan daxil olan sorğuların cavablandırılmasını təmin etmək;
  • Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunu yoxlamaq;
  • Müəssisədə həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatları hazırlamaq;
  • Satınalamalara dair sənədlər toplusunun hazırlanmasını və saxlanılmasını təmin etmək;
  • Ezamiyyə imkanları (zəruri hallarda);
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küç 73.

Requirements

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
  • Dil bilikləri: Əla səviyyədə Azərbaycan dili,yaxşı səviyyədə İngilis dili və Rus dili;
  • Kompüter bacarıqları: MS Office proqramları üzrə biliklər;
  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə yüksək biliklər.