Azerconnect LLC

Sahə əməliyyatları və texniki xidmət üzrə mühəndis

By agreement
Full-time
Baku, Azerbaijan
05.03.24 - 04.04.24

Working conditions

  • Qrupun cavabdeh olduğu ərazi içərisində ona ayrılmış sahələrdə (BSS, AZQTEL, FİX, Repeater) texniki xidmətin göstərilməsi, sabit enerji təchizatı sistemləri və sahə avadanlıqlarının bütün elementləri üzrə yaranan problem səbəblərinin  aşkar edilməsi və aradan qaldırılması işlərini həyata keçirmək;
  • Qrupun cavabdeh olduğu ərazi içərisində ona ayrılmış sahələrdə təyin edilmiş Network Availability faizinin saxlanılması və artırılması üçün lazım olan bütün işlərin icrasını həyata keçirmək;
  • İşlə bağlı bütün tapşırıqların yerinə yetirilməsində qrupundakı kiçik mühəndislərə və texniki işçilərə dəstək göstərmək;
  • Digər şöbələrdən gələn  sifarişlərin (WO) icrasını həyata keçirmək;
  • Üçüncü tərəflərin sahəyə girişini  təmin etmək və iş üzrə fəaliyyətlərini həyata keçirən zaman onlara nəzarət etmək;
  • Qrupun cavabdeh olduğu ərazi içərisində ona ayrılmış sahələrdə profilaktik texnik xidmətlərin icrasını həyata keçirtmək;
  • Fövqaladə hallar, dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi zamanı şəbəkənin dayanıqlığının təmin olunması üçün səfərbər olmaq, problemli sahələrə getmək;
  • İşlə bağlı bütün tapşırıqların yerinə yetirilməsində texnikləri hazırlamaq və onlara dəstək göstərmək;
  • Rəhbərinin istəyi ilə  digər mühəndisləri əvəz etmək, tələb olunduqda daşına bilən generatorları sahədə yerləşdirmək;
  • Korporativ siyasətləri yerinə yetirmək;
  • Şirkətin sağlamlıq və təhlükəsizlik siyasətinin tələblərinə və verilə biləcək əlavə təhlükəsizlik tələblərinə riayət etmək;
  • Lazım olduqda növbəli iş rejimində çalışmaq;
  • İstismarında olan korporativ avtomobildən düzgün istifadə etmək;
  • Lazım olan təqdirdə regionlara ezamiyyətə getmək;
  • Lazım olan təqdirdə iş vaxtından artıq işləmək;
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi, yazılı tapşırıqları icra etmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur, siyasət, təlimatlara uyğun həyata keçirmək.

Requirements

  • Təhsil: Ali;
  • Təcrübə: 3 ildən artıq rabitə mühəndisliyi sahəsində təcrübə;
  • Dil bilikləri: Azərbaycan dili  (ingilis və rus dili arzuolunandır);
  • Kompüter bacarıqları: Microsoft office (Word, Excel, Power Point, MS layihə ) bilikləri;
  • Telekomunikasiya, stabil enerji, təhlükəsizlik texnikası ilə əlaqəli sertifikatlar;
  • Sürücülük vəsiqəsi;
  • Yüksək motivasiya, müstəqil inkişaf və sərbəst öyrənmə;
  • Mənəvi və psixoloji cəhətdən güclü olmaq;
  • Diqqətlilik, çalışqanlıq, məsuliyyətlilik, intizamlılıq;
  • Təzyiq altında işləmək bacarığı.


This job has expired

Related vacancies