Arsenal Group

Rəqəmsal marketinq mütəxəssisi

By agreement 196
Full-time
Baku, Azerbaijan
23.11.24 - 23.12.24

Working conditions

  • Müxtəlif kanal və platformalardan istifadə edərək effektiv rəqəmsal marketinq strategiyalarının, büdcəsinin hazırlanması və icrası;
  • Hədəflər və KPI-larla əlaqədar olaraq rəqəmsal marketinq büdcəsini idarə edir və konversiya, leads, ROAS və ROI kimi göstəricilərin müşahidəsi;
  • Sosial media hesablarının idarə edilməsi və şirkətin brend üslubuna və təlimatlarına uyğun hədəf auditoriyası ilə rezonans doğuran vizual və yazılı məzmunun yaradılmasının təmin edilməsi, SMM komandasının idarə edilməsi və təlimləndirilməsi;
  • Korporativ veb-saytın yenilənməsi və saytdakı məzmununun aktual, dəqiq və brend standartlarına uyğun olmasına nəzarət edilməsi;
  • SEO/SEM, e-mail, sosial media və görüntülü reklam kampaniyalarının yaradılması və düzgün hədəf auditoriyalara çatdırılması;
  • Google Analytics, Tag Manager, Yandex Metrica və digər analitik vasitələrlə iş;
  • A/B testlərin edilməsi və nəticələrin analizi;
  • Google Ads və Meta Ads kimi platformalarda kampaniyaların dizayni, analizi və optimalaşdırılması;
  • Açar sözlərin tədqiq edilməsi və mövcud məzmunun optimalaşdırılması;
  • Bazar trendlərinin, yeniliklərin izlənilməsi və onların işdə tətbiqi;
  • Marketinq kampaniyaları üzrə kompleks hesabatların tərtibi və təhlili;
  • Marketinq strategiyalarını adaptasiyası üçün rəqiblərin fəaliyyətinin monitorinqi və təhlili;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İş qrafiki: 6 günlük iş həftəsi.

Requirements

  • Ali təhsilin olması (Biznes, Marketinq, İqtisadiyyat, Kommunikasiya və ya əlaqəli sahədə bakalavr dərəcəsi arzuolunandır);
  • Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
  • Səlis azərbaycan və rus dili biliyi üstünlükdür;
  • Veb məzmun idarəetmə sistemləri ilə tanışlıq;
  • Yüksək SEO bilikləri;
  • Google Ads, Meta Ads-də reklam kampaniyalarının effektiv qurulması və optimizasiyası sahəsində təcrübə, həmçinin kontekstli reklam, hədəf reklam və retargetinq bilikləri;
  • Analitik düşünmə qabiliyyəti, layihə idarəetmə bacarığı;
  • Analitika alətləri üzrə biliklər (GA4, Yandex Metrika);
  • Google Tag Manager, Facebook Pixel, Conversions APİ bilikləri;
  • ROMI, ROI, ROAS göstəriciləri ilə işləmə bacarığı;
  • Email marketinq alətləri və strategiyalarında bacarıq;
  • Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Kollektiv və fərdi işləmə bacarığı;
  • Öyrənməyə və şəxsi inkişafa meyllilik;
  • Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
  • Yüksək yaradıcılıq;
  • Tələblərə cavab verən namizədlərdən CV-lərini, mövzu (subject) yerinə  “Rəqəmsal Marketinq Mütəxəssisi” yazaraq -a göndərmələri xahiş olunur.


Related vacancies