Gulustan Residence

Qazanxana operatoru

500 - 600 ₼
Full-time
Baku, Azerbaijan
22.05.24 - 21.06.24

Working conditions

  • İş qrafiki: 19:00-dan - 07:00-dək (gecə növbəsi, günaşırı);
  • İş ünvanı: 28 may metrostansiyasının yaxınlığı.

Requirements

  • Qazan avadanlığının idarə olunması bacarığı və yaranan problemlərin həll olunması;
  • Qazanların, bütün köməkçi avadanlıqların işləmə prinsiplərindən daim məlumatlı olmaq;
  • Su təmizləmə qurğularından istifadə etməyi bacarmaq;
  • Qazanlarda suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemlərinə verilən suyun temperaturuna daimi nəzarət etmək;
  • Zəruri hallarda nasos, mühərrik və digər köməkçi mexanizmləri işə salmaq, dayandırmağı bacarmaq;
  • Qaz cihazlarına nəzarət etmək;
  • Qazanxanada bütün təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilmək və onlara ciddi riayət etmək;
  • Rəhbərlik tərəfindən verilən bütün tapşırıqları yerinə yetirmək;
  • Qazanxana və onunla əlaqəli sistemin daim nəzarətdə saxlamaq, iş prosesində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinə əməl etmək;
  • İş yerlərinin təmiz saxlanılması ,alət və avadanlıqlardan düzgün istifadə olunmasını təmin etmək;
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil vermək;
  • Namizəd müvafiq sahədə ən az 2 (iki) il təcrübəyə malik olmalıdır;
  • Qazanxana və nasosxana avadanlıqları, alətləri barədə bilgisi olmalıdır;
  • Zəruri hallarda ilkin müdaxilə üçün bacarıqlara malik olmalıdır.


Related vacancies