Baku,
Azerbaijan
16.12.24
-
16.01.25
Working conditions
Python Developer olaraq siz, süni intellekt yönümlü layihələrimiz üçün xüsusi həllər hazırlayacaq, dataset-lər toplayıb emal edəcək, Yolov8 modelləri ilə işləyəcək və Qt, Pyside kimi kitabxanalardan istifadə edərək vizual interfeyslər quracaqsınız. Sizin rolunuz həmçinin yeni AI modellərinin təlimində iştirak etmək, mövcud modellərin optimallaşdırılması, inteqrasiyası və yüksək performanslı sistemlərin yaradılmasını əhatə edəcək.
- Python dilində yüksək səviyyədə kod yazmaq və tətbiqlərin inkişaf etdirilməsi;
- Qt və Pyside kitabxanalarını istifadə edərək istifadəçi interfeyslərinin hazırlanması;
- Yolov8 əsasında görüntü tanıma və obyekt aşkar edilməsi modellərinin qurulması, təlimi və inteqrasiyası;
- Dataset-lərin toplanması, təmizlənməsi və hazırlanması, model təlim prosesini optimallaşdırmaq üçün uyğun giriş məlumatlarının təmin edilməsi;
- Süni intellekt modellərinin təlimi, test edilməsi, nəticələrin analiz edilməsi və performansın artırılması yollarının təklif edilməsi;
- Yeni texnologiyaların araşdırılması və layihələrə innovativ həllərin gətirilməsi;
- Mövcud kod bazasının optimallaşdırılması, sənədləşdirilməsi və komanda daxilində “best practice” qaydalarının tətbiq.
Requirements
- Python dilində ən azı 3 illik peşəkar təcrübə;
- Qt və ya Pyside kitabxanaları ilə istifadəçi interfeyslərinin hazırlanmasında təcrübə;
- Yolov8 və digər kompüter görməsi modellərinin qurulması, təlimi və inteqrasiyası sahəsində təcrübə;
- Dataset-lərin hazırlanması, annotasiyası və modellərin təlimi üçün optimallaşdırılması üzrə praktiki bacarıqlar;
- AI, Machine Learning, Deep Learning metodologiyaları haqqında möhkəm nəzəri və praktiki biliklər;
- Git kimi versiya nəzarət sistemlərindən effektiv istifadə bacarığı;
- Komanda ilə səmərəli ünsiyyət, analitik düşüncə tərzi və problemi həll etmə bacarıqları.
Developer
Logistics