Aqrar İnnovasiya və Təchizat Şirkəti

Pərakəndə satış departamentinin müdiri

By agreement 99
Full-time
Baku, Azerbaijan
24.09.24 - 25.10.24

Working conditions

  • Müəssisənin illik planının tərtib olunması və rəhbərlik ilə razılaşdırılması;
  • Qarşıya qoyulmuş satış hədəflərinə çatmaq üçün mütəmadi olaraq satış komandasının nəticələrinin təhlil edilməsi, onlarla gündəlik yoxlamaların keçirilməsi və gələcək üçün satış proqnozlarının verilməsi;
  • Satışların artırılması üçün daima yeni strategiyaların və metodların üzərində çalışılması;
  • Satış əməkdaşlarının işə götürülməsi prosesində iştirak, iş prosesinin öyrədilməsi, onlara fərdi hədəflərin qoyulması və daim hədəfə fokuslanması üçün motivasiya edilməsi;
  • Satış əməkdaşlarının mütəmadi olaraq iş fəaliyyəti ilə bağlı hesabatlarının alınması;
  • Satış komandasının təlim ehtiyaclarının aşkar edilməsi və bacarıqlarının inkişaf etdirilməsi üçün planın tərtib olunması;
  • Ay və il sonunun bağlanması prosesinin idarə edilməsi;
  • Yeni satış nöqtələrinin açılması və ya problemli olanların bağlanmasına ilkin təsdiqinin verilməsi;
  • Zəruri hallarda satış nöqtələri tərəfindən tələb olunan məhsul sifarişlərinə təsdiqin verilməsi;
  • Şöbənin fəaliyyəti ilə bağlı hesabatların rəhbərliyə təqdim olunması;
  • Xərclərə nəzarətin edilməsi, resurslardan səmərəli istifadə olunmasının təmin edilməsi;
  • Bölgə işçilərinin iş fəaliyyəti ilə bağlı yaranan problemlərinin səlahiyyəti çərçivəsində həll edilməsi;
  • Müştərilər ilə görüşüb onların ehtiyaclarının öyrənilməsi, müştəri bazasının genişləndirilməsi üçün uzunmüddətli əlaqələrin qurulması;
  • Franchasingin idarə edilməsi;
  • Mütəmadi olaraq şəxsi liderlik, işəalma və təlim bacarıqlarının inkişaf etdirilməsi;
  • Müəssisənin maraqlarının digər qurumlarda təmsil edilməsi;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Requirements

  • Ali təhsil (marketinq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür); 
  • Satış sahəsi üzrə 5 il iş təcrübəsi(rəhbər olaraq ən az 3 il);
  • Azərbaycan dili səlis, ingilis dili və rus dili biliyi üstünlükdür;
  • 1C proqramını yaxşı səviyyədə bilmək;
  • MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə bilmək.


Related vacancies