Ganja,
Azerbaijan
26.12.24
-
26.01.25
Working conditions
- İstehsalatda avadanlıqların işinin tənzimlənməsini həyata keçirmək, mütəmadi olaraq istehsal olunan malların keyfiyyət standartlarına uyğun istehsal olunmasına nəzarət etmək;
- Gündəlik istehsal olunacaq sifarişlərin istehsal prosesini başlatmaq və nəzarət etmək;
- İstehsal avadanlıqlarının texniki istismar qaydalarına uyğun işləməsinə nəzarət, dəzgahlarda yaranan texnoloji problemləri dərhal aydınlaşdırmaq, yaranan problemlərin operativ həll edilməsi üçün istehsal mühəndisinə və növbə rəisinə məlumat vermək;
- İstehsalat zamanı müəyyən edilmiş məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verilməsinə nəzarət etmək.
Requirements
- Orta texniki peşə təhsilli;
- Cins: kişi;
- Yaş: 25-35;
- Partlayıcı maddələr istehsalı sahəsində operator kimi minimum 3 il iş təcrübəsi olmalı;
- Azərbaycan dili-səlis;
- Rus dili arzuolunandır;
- Türk dili arzuolunandır;
- MS Office (Word, Excel);
- Mexaniki-texniki bilik və bacarıqları olmalı;
- Texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı mühafizə üzrə qaydaları bilməli;
- Komandada işləməyi bacarmalı, müəssisənin daxili nizam-intizam qaydalarına əməl etməlidir;
- Hərbi xidmətdə olmuş.
Bilməli olduğu qayda və təlimatlar:
- ISO 9001(Keyfiyyət idarəetmə sistemi), OHSAS 18001(Əməyin təhlükəsizliyi və mühafizəsi idarəetmə sistemi), ISO 14001 (Ətraf mühitin təhlükəsizliyininidarəetmə sistemi) beynalxalq standartları barədə ümumi məlumatı;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə təlimatı;
- Daxili nizam-intizam qaydalarının tələbini, yanğın təhlükəsizliyi qaydalarını, istehsalat mədəniyyətini və s.;
- Texnoloji təlimatı, hal-hazırda işlədilən norma və digər normaları;
- Avadanlıqların yerləşməsi və ondan düzgün istifadə qaydalarını.
Operator
Professional services