AzərEnerji ASC

Növbətçi elektrik montyoru

690 ₼ 79
Full-time
Barda, Azerbaijan
23.07.24 - 22.08.24

Working conditions

  • İstehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi ilə fasiləsiz təchizatı;
  • Y/st-dа etibarlı iş rejiminin təmin edilməsində iştirak etmək;
  • Y/st rejiminin sutka ərzində düzgün aparılmasına nəzarət etmək;
  • Rejimin dəyişməsi ilə əlaqədar olan sifarişlərin işlənməsində iştirak etmək;
  • Y/st üzrə yük və gərginliyin səviyyəsinin ölçülməsində iştirak etmək;
  • Sifariş və əməliyyat blanklarına əsaslanaraq y/st-dа planlı açılmalarda iştirak etmək, avadanlıqları açmaq və əməliyyatdan sonra qoşmaq;
  • Sifarişlərə əsasən avadanlıqların təmirə çıxma sxemini hazırlamaq, təmir, təftiş və sınaqdan sonra sxemi normal vəziyyətə gətirmək
  • Operativ əməliyyatların aparılması zamanı avtomatika və mühafizənin ən qısa müddətdə işdən çıxmasını təşkil etmək;
  • Y/st-nın normal və qəza sxemlərinin hazırlanmasında iştirak etmək;
  • Y/st-nın ayrı-ayrı elementləri və qida mənbəyi işdən çıxan zaman qəza sxemini dəqiq yerinə yetirilməsi;
  • Y/st-dа qeyri-normal rejimin aradan qaldırılması üçün bütün tədbirlərin görülməsində iştirak etmək;
  • Təlimata əsasən y/st-dа olan dəyişiklikləri tez və tam dispetçer sxemində qeyd etmək, torpaqlama və başqa şərti işarələri göstərmək;
  • Növbə ərzində y/st-dа quraşdırılmış bütün avadanlıqların, cihazların və aparatların işləməsinə nəzarət etmək;
  • Ölçü vasitələrinin göstəricilərinə, avtomatik tənzimləyicilərə və siqnal vericilərin işinə nəzarət edilməsi;
  • Qəza hallarının ləğv edilməsi;
  • Avadanlığın təmir edilməsi;
  • Növbə zamanı avadanlıqlara baxış keçirilməsi;
  • Naryad-buraxılış zamanı iş yerini hazırlamaq;
  • ƏM, TT, Tİ və YM qaydalarına əməl etməsi;
  • ƏM, TT, Tİ və YM qaydalarına əməl etməsi.

Requirements

  • Elektrotexnikanın nəzəri əsasları;
  • Elektrik avadanlıqlarının quruluşu və iş prinsipi, iş rejimləri və avadanlıqların xarakteristikası;
  • Transformator və generator qurğularının quruluşu, iş prinsipi və texniki iqtisadi göstəricilərini;
  • Qəza rejimində y/st-nın etibarlı iş rejiminin təmin edilməsi sxemini;
  • Operativ açıb-qoşma əməliyatının düzgün aparılması qaydalarını;
  • Enerjisistemdə qüvvədə olan TT ƏM, , TİQ və YTQ təlimatlarını;
  • Elektrik sxemləri və onlarda  dəyişikliklər aparılması qaydalarını;
  • Elektrik avadanlıqlarında nasazlıqların aşkar edilməsi və onların aradan qaldırılmasi üsullarını;
  • Yarımstansiyanın rele mühafizəsi və avtomatika sxemlərini;
  • Elektrik Stansiyalarında və yarımstansiyalarda köməkçi avadanlıqların quruluşu, iş prinsipi, iş rejimləri, xarakteristikası.
  • Vakansiya ilə maraqlanan şəxslər http://ir.azerenerji.gov.az/vacanciesapply/58 linkinə keçid edərək müraciət edə bilər.


This job has expired