Azerbaijan Energy Regulatory Agency
By agreement 116
Full-time
Baku, Azerbaijan
15.07.24 - 14.08.24

Working conditions

  • Enerji sahəsində liberallaşdırma və investisiyaların cəlb edilməsi şöbəsi;
  • Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə)
    qanunvericilik və normativ xarakterli akt layihələrinin, inkişaf konsepsiyalarının, strategiyaların
    məqsədli proqramların hazırlanması ilə bağlı məlumatlar toplayır və araşdırmalar aparır;
  • Müvafiq sahədə əlverişli investisiya mühitinin formalaşdırılması, stimullaşdırıcı mexanizmlərin tətbiqi və investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq təcrübəni araşdırır və məlumatlar toplayır;
  • Müvafiq sahədə istehsalın diversifikasiyası, investisiyaların cəlb edilməsi və enerji istehsalının səmərəliliyinin artırılması ilə bağlı araşdırmalar aparır;
  • Müvafiq sahədə qəbul olunmuş dövlət proqramları, yol xəritələri, konsepsiyaların və strategiyaların icrası ilə bağlı hesabatların hazırlanması üçün məlumatlar toplayır;
  • Müvafiq sahədə sağlam rəqabət mühitinin formalaşdırılması, mübahisələrin həlli və istehlakçıların hüquqlarının müdafiəsi məsələləri ilə bağlı beynəlxalq təcrübə əsasında araşdırmalar aparır;
  • Müvafiq sahədə bazar münasibətlərinin formalaşdırılması üçün qabaqcıl beynəlxalq təcrübəni araşdırır;
  • Müvafiq sahədə bazarın liberallaşdırılması məsələləri ilə bağlı araşdırmalar aparır, arayışlar, analitik məlumatlar hazırlayır;
  • Seminar, təlim, konfrans, müşavirə və digər tədbirlərdə şöbə müdirinin razılığı ilə iştirak edir və nəticəsi barədə məlumat verir;
  • Şöbəyə daxil olan sənədlərlə tanış olur və icrası tələb olunan müraciətlərin müəyyən edilmiş müddətlərdə cavablandırılmasını təmin edir;
  • Şöbənin Əsasnaməsi ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.

Requirements

  • Təhsil: Energetika, iqtisadiyyat, marketinq və ya inzibati idarəetmə üzrə ali təhsil;
  • Təcrübə: İxtisas profilinə uyğun 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Yaş: 25-35;
  • Kompüter bacarıqları: Yüksək səviyyədə MS Office bilikləri;
  • Dil bilikləri: Azərbaycan dilini səlis bilməli, ingilis dili yüksək səviyyədə, rus dili arzuolunandır;
  • Kataloqlar və internet kimi mənbələrdən istifadə etmək bacarığı;
  • Texniki şərtləri, normativ hüquqi və digər sənədləri qarşılıqlı müqayisə etmək bacarığı;
  • Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.


This job has expired

Related vacancies