Bestcomp Group

Müştəri dəstəyi və biliklərin transferi üzrə mütəxəssis

By agreement 1214
Full-time
Baku, Azerbaijan
07.01.25 - 31.01.25

Working conditions

  • Şirkətin təmin və təqdim etdiyi alətlər vasitəsilə müştəri sorğularına vaxtında və dəqiq cavab vermək, müştəri ehtiyaclarını müəyyənləşdirmək;
  • Müştəri şikayətlərinə vaxt çərçivəsində müvafiq həllər və alternativlər təqdim etmək, texniki problemlərin həllini təmin etmək üçün daxili komandalarla işləmək;
  • Müştərilərin rəyini toplayıb, Məhsul Menecementi komandasıyla paylaşaraq xidmət keyfiyyətinin artırılmasına dəstək göstərmək;
  • Şirkətin ünsiyyət prosedurlarına, təlimatlarına və siyasətlərinə əməl etmək;
  • Layihə menecerindən və ya məhsul menecerindən daxil olan məlumatlara əsaslanaraq ətraflı test planları, test nümunələri və xəta hesabatlarının hazırlanması;
  • Proqram təminatının performans standartlarına cavab verdiyinə və hər hansı səhvlərin həllinə əmin olmaq üçün sınaqdan keçirilməsi;
  • Tətbiqin bütün aspektlərini, o cümlədən funksionallıq və istifadə imkanlarını sınaqdan keçirməklə bütün tələblərin yerinə yetirilməsini təmin etmək;
  • Xətalar haqqında rəy bildirmək və kodda təkmilləşdirmələr təklif etmək üçün məhsul sahibləri ilə qarşılıqlı ünsiyyət qurmaq;
  • İstifadəsinin asan olmasını və istifadəçi ehtiyaclarına cavab verməsini təmin etmək üçün tətbiqin istifadəçiləri ilə istifadəyə yararlılıq testlərində iştirak etmək;
  • Proqram təminatları biliklərinin idarə edilməsi metodologiyalarını öz təcrübə sahələrində tətbiqinə rəhbərlik etməklə biliklərin transferi və idarəetməsini təmin etmək;
  • Müştəriyə biliklərin effektiv ötürülməsi, paylaşılması və kommunikasiyası üçün standartları tərtib və təmin etmək;
  • Müvafiq təlim sessiyalarını planlaşdırmaq, videolar, təqdimatlar, sənədlər və s. kimi müxtəlif formatlarda təlim materialları hazırlamaq;
  • Müştərilərə qarşı hər zaman pozitiv, empatik və peşəkar münasibət saxlamaq.

Requirements

Diplom:

  • İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya Marketinq üzrə bakalavr dərəcəsi.

Təcrübə:

  • Müştəri xidmətləri, test və ya təlim sahəsində minimum 2 illik təcrübə;
  • Sənəd dövriyyəsi məhsulları üzrə təcrübə üstünlükdür.

Kompüter bacarıqları:

  • MS Office, Service Desk, Visio, Jira, Confluence, Microsoft Azure Dev/Ops və bənzəri Agile alətləri;
  • Baza SQL bilikləri üstünlükdür. 

Dil bilikləri:

Azərbaycan mükəmməl, Rus və İngilis yaxşı (yazı və oxuma).