Bestcomp Group

Müştəri dəstəyi və biliklərin transferi üzrə mütəxəssis

By agreement
Full-time
Baku, Azerbaijan
19.04.24 - 19.05.24

Working conditions

  •  Şirkətin təmin və təqdim etdiyi alətlər vasitəsilə müştəri sorğularına vaxtında və dəqiq cavab vermək, müştəri ehtiyaclarını müəyyənləşdirmək;
  • Müştəri şikayətlərinə vaxt çərçivəsində müvafiq həllər və alternativlər təqdim etmək, texniki problemlərin həllini təmin etmək üçün daxili komandalarla işləmək;
  • Müştərilərin rəyini toplayıb, Məhsul Menecementi komandasıyla paylaşaraq xidmət keyfiyyətinin artırılmasına dəstək göstərmək;
  • Şirkətin ünsiyyət prosedurlarına, təlimatlarına və siyasətlərinə əməl etmək;
  • Layihə menecerindən və ya məhsul menecerindən daxil olan məlumatlara əsaslanaraq ətraflı test planları, test nümunələri və xəta hesabatlarının hazırlanması;
  • Proqram təminatının performans standartlarına cavab verdiyinə və hər hansı səhvlərin həllinə əmin olmaq üçün sınaqdan keçirilməsi;
  • Tətbiqin bütün aspektlərini, o cümlədən funksionallıq və istifadə imkanlarını sınaqdan keçirməklə bütün tələblərin yerinə yetirilməsini təmin etmək;
  • Xətalar haqqında rəy bildirmək və kodda təkmilləşdirmələr təklif etmək üçün məhsul sahibləri ilə qarşılıqlı ünsiyyət qurmaq;
  • İstifadəsinin asan olmasını və istifadəçi ehtiyaclarına cavab verməsini təmin etmək üçün tətbiqin istifadəçiləri ilə istifadəyə yararlılıq testlərində iştirak etmək;
  • Proqram təminatları biliklərinin idarə edilməsi metodologiyalarını öz təcrübə sahələrində tətbiqinə rəhbərlik etməklə biliklərin transferi və idarəetməsini təmin etmək;
  • Müştəriyə biliklərin effektiv ötürülməsi, paylaşılması və kommunikasiyası üçün standartları tərtib və təmin etmək;
  • Müvafiq təlim sessiyalarını planlaşdırmaq, videolar, təqdimatlar, sənədlər və s. kimi müxtəlif formatlarda təlim materialları hazırlamaq;
  • Müştərilərə qarşı hər zaman pozitiv, empatik və peşəkar münasibət saxlamaq.

Requirements

  • Təhsil: İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya Marketinq üzrə bakalavr dərəcəsi;
  • Təcrübə: Müştəri xidmətləri, test və ya təlim sahəsində minimum 2 illik təcrübə, sənəd dövriyyəsi məhsulları üzrə təcrübə üstünlükdür;
  • Kompüter bacarıqları: MS Office, Service Desk, Visio, Jira, Confluence, Microsoft Azure Dev/Ops və bənzəri Agile alətləri;
  • Güclü analitik və problem həll etmə bacarıqları;
  • Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyəti;
  • Mürəkkəb anlayışları aydın şəkildə çatdırmaq və bütün səviyyələrdə maraqlı tərəflərə təsir etmək bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı;
  • Ünsiyyət bacarığı;
  • Güclü iş etikası;
  • Təzyiq altında və sıx iş qrafikində təmkinliyini qoruya bilmək;
  • Detallara diqqət;
  • Tələblərin təhlili, sənədləşdirmə və yazı bacarıqları;
  • Baza SQL bilikləri üstünlükdür.