Baku,
Azerbaijan
04.05.23
-
03.06.23
Working conditions
- Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
- Layihələr üzrə araşdırmalar etmək;
- Material sərfini hesablamağı bacarmaq;
- Müvafiq hesabatlarla işləməyi bacarmaq;
- İş yerlərində işçiləri əməyin təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq və tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
- Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək;
- Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək, onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək, onlara iş təlimatı keçmək;
- Nahar şirkət tərəfindən verilir;
- Korporativ nömrə (korporativ paket);
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00;
- İş yeri: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Requirements
- Təhsil: Ali (inşaat mühəndisi ixtisası üzrə);
- Təcrübə: Müvafiq sahədə 5 ildən az olmayaraq;
- Kompüter bacarıqları: MS Office proqramları, AutoCad;
- Punktual və ünsiyyətcil olması;
- Analitik düşüncə bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- İşinə məsuliyyətli və dəqiq yanaşmalı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
- Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli.
Engineering
Construction