Grinco

Mühasib-operator

700 - 800 ₼ 434
Full-time
Baku, Azerbaijan
15.01.25 - 15.02.25

Working conditions

  • Bütün muhasibatlıq əməliyyatları üzrə daxili və xarici mal, iş və xidmətlərin müqaviləyə uyğun olaraq alışı, satışı və silinməsi işlərinin icrası;
  • İdxal olunan və qaimə üzrə gələn mal-material, əsas vəsait, ehtiyat hissələrinin anbarlar düzgün yerləşdirilməsi, malların maya dəyərini hesablamaq və sistemə daxil etmək; 
  • Anbar qalıqlarının uzlaşdırılması və malların hərəkəti barədə hesabatların hazırlanması və İnventarlaşdırmada iştirak;
  • Təhvil-təslim aktlarının, e-qaimələrin və bütün növ fakturaların hazırlanıb göndərilməsi və proqramda qeydiyyatının aparılması, daxil olan və göndərilən  e-qaimələr üzrə malların ilkin sənədlərə uyğunluğunun yoxlanılması, təqdim edilən e qaimədəki vergi kodların malların və xidmətlərə uyğunluğunun yoxlanılması;
  • Debitor və kreditor borc üzrə hesabatların hazırlanması, Üzləşmə aktlarının hazırlanması, debitorların yığılmasına nəzarət etmək; 
  • Bank və kassa əməliyyatlarını, gömrük və bank ödənişlərini vaxtlı-vaxtında icra etmək,  ödəniş məlumatlarının proqrama  daxil edilməsi, kredit ödənişlərini nəzarətdə saxlamaq;
  • Əmək müqavilələrinin bağlanılması, dəyişdirilməsi və ləğvi, Əmək haqqı və Əmək haqqına bərabər tutulan bütün ödənişlərin  hesablanması, ödənilməsi, eyni zamanda  DSMF və 1 əmək statistika hesabatının verilməsində aparıcı mühasibə dəstək olmaq;
  • DSMF, ÖMV, Sadələşmiş, Əmlak, Torpaq və ƏDV vergi bəyannamələrinin vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanması və vaxtında aidiyyatı quruma göndərilməsi, eyni zamanda Gəlir və Mənfəət vergi bəyannamələrin hazırlanmasına aparıcı və baş mühasibin tapşırıqları əsasında dəstək olmaq;
  • Korporativ nömrə ilə təmin olunur;
  • 6 günlük iş həftəsi (şənbə günü 14:00 dək);
  • İş saatı: 09:00 –dan 18:00 -dək;
  • İstirahət: bazar günləri ( bayram günləri daxil );
  • Ünvan: Xətai r-nu.

Requirements

  • Müvafiq sahədə təcrübə minimum 1 il;
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı üstünlükdür;
  • Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə);
  • Dil bilikləri: Azərbaycan, Rus və ingilis dil bilikləri üstünlükdür;
  • Yaş həddi: 21-28;
  • Office proqramları- Microsoft Excel, Word və s. yüksək səviyyədə;
  • Nizam-intizamlı, stresə davamlı və komandada işləmə bacarığı;
  • Problemləri həll etmə bacarığı; 
  • Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi;
  • Rərbərliyin və mühasibin tapşırıqlarını vaxtında yerinə yetirmə;
  • Tender sənədlərinin hazırlanması sahəsində təcrübəsinin olması üstünlükdür.

Related vacancies