AzProduct

Mühasib analitik

By agreement
Full-time
Baku, Azerbaijan
27.03.24 - 26.04.24

Working conditions

  • Həftəlik, aylıq və illik satış ilə bağlı analitik hesabatların hazırlanması və birbaşa rəhbərinə təqdim olunması;
  • Satış dinamikasının mütəmadi izlənməsi və analizlərin aparılması;
  • Qısa və uzun müddətli satış proqnozlarının hazırlanması və planlaşdırılması;
  • Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
  • Böyük şəbəkələrlə üzləşmələrin təşkili;
  • Mövcud rutların optimallaşdırılması, təhlili və təftişi;
  • Satış ilə bağlı təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
  • Satışa nəzarət və satış şöbəsinə vaxtında və dəqiq məlumat vermək məqsədilə ödənilmiş qaimə fakturalar ilə hazırlanmış fakturaların üzləşdirilməsi;
  • Kassa əməliyyatlarının həyata keçirilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması;
  • Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi və iclasların təşkili;
  • Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;
  • Vəzifə standartı və digər normativ sənədlər ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
  • Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
  • İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
  • Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
  • Əmək qanunvericiliyinin və fəaliyyətini tənzimləyən digər normativ sənədlərin tələblərinə əməl etmək.

Requirements

  • Təhsil: İqtisadiyyat, maliyyə, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ail təhsil;
  • Təcrübə: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan, rus, ingilis dillərində sərbəst yazmaq və danışmaq bacarığı;
  • Kompüter bacarıqları: Sürətli və effektiv Excel və 1C proqramı bilikləri;
  • Güclü proses və planlaşdırma düşüncəsi;
  • İşə strukturlaşdırılmış və proses yönümlü yanaşmaya malik olmalı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
  • Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
  • Ünsiyyət yaratmaq, dinləmək qabiliyyətinə malik olmalı;
  • İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
  • Analiz etmək, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqların olması;
  • Əsas maliyyə hesabatları;
  • Balans hesabatı, mənfəət, zərər hesabatı, pul vəsaitlərinin hərəkəti və s. hesabatların hazırlanmasını bilmək;
  • Vergi prosedurları bilikləri, illik audit və hesabat prosedurları, ödəmə üsulları, satınalma prosesi haqqında məlumat.


This job has expired

Related vacancies