Star Mining LLC

Mühasib

1500 - 1800 ₼ 907
Full-time
Baku, Azerbaijan
24.12.24 - 24.01.25

Working conditions

  • Əmək Qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunmuş tabel əsasında işçilərə əmək haqqlarının hesablanması və ödənilməsini təmin edilməsi;
  • İşçilərin ezamiyyə, məzuniyyət, son haqq hesab və s.kimi əmək haqqına bərabər tutulan ödənişlərin hesablanması, ödənilməsinin təmin edilməsi və müvafiq struktura yönləndirilməsi; 
  • e-taxes.gov.az, e-gov.az və digər portallardan istifadə etmək bacarığı; 
  • Qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə və Cəmiyyətin daxili qaydalarına uyğun olaraq əmək haqqı, mükafat, məzuniyyət haqları, əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi müavinətləri, son haqq-hesab ödənişlərinin hesablanması;
  • Əmək haqqı ilə bağlı vergi, DSMF və statistik orqanlara təqdim olunan hesabatların hazırlanması;
  • Əmək haqqına dair daxil olan sorğuların cavablandırılması; 
  • Müvafiq sahə üzrə rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanması;
  • İş prosesində öz sahəsi ilə bağlı meydana çıxacaq problemlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;
  • Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin tərtib olunması;
  • Əməliyyatların 1C proqramında işlənməsi.

Requirements

  • Yaş həddi:26-45;
  • Cins: Kişi;
  • Azı 3 il bu sahə üzrə xüsusən də istehsalat sahəsi üzrə təcrübə ;
  • Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, Mühasibatlıq üzrə təhsil üstünlükdür);
  • Əmək məcəlləsi və aidiyyəti qanunvericiliklər haqqında biliklər;
  • 1C, MS Office xüsusəndə Excel proqramlarında peşəkar işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • İşinə dəqiq, məsuliyyətli yanaşma.

Related vacancies