Euroclima

Mexanika üzrə mühəndis

By agreement
Full-time
Baku, Azerbaijan
31.05.24 - 30.06.24

Working conditions

  • Layihənin mexanika bölümün dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq;
  • Mexanika layihələrini layihəçi və sifarişçi ilə müzakirə etmək;
  • Mexanika işləri üzrə quraşdırma heyətinin işinin keyfiyyətinə nəzarət etmək;
  • Layihə çizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək;
  • Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərlərinə bildirmək;
  • Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq;
  • Tikinti sahəsində mexaniki işlərin təhlili, yoxlanılması və koordinasiyanı təşkil etmək;
  • Mexaniki avadanlıqları və cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
  • Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlamanı yerinə yetirmək;
  • Mexanika avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək;
  • AutoCAD proqramından istifadə edərək, mexaniki təsvirlərin hazırlanmasında layihəçi mühəndisə dəstək vermək;
  • Hesabat hazırlayıb yerinə yetirilmiş işlərin ətraflı qeydlərini aparmaq;
  • Layihənin təhlükəsizliyinə dair qaydaları tətbiq etmək;
  • İş qrafiki: 5 günlük;
  • İş yeri: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç. 51K.

Requirements

  • Yaş: 25-45;
  • Təhsil: Mexanika mühəndisi ixtisası üzrə ali təhsil;
  • Kompüter bacarıqları: MS office və AutoCAD proqramlarını əla səviyyədə bilməli;
  • Təcrübə: Sahə üzrə minimum 2-3 il təcrübə;
  • Dil bilikləri: Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini səlist ifadə etmək qabiliyyəti olmalı (İngilis dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir);
  • Tikinti üzrə bütün təfsilatlı çertyojlar barədə qeydlər aparmaq və məlumat bazasını sənədlər;
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Analiz və idarəetmə bacarığı.


Related vacancies