Baku,
Azerbaijan
10.12.24
-
10.01.25
Working conditions
- Şöbə müdirinin göstərişi ilə yeni layihə tapşırığı ilə əlaqədar zəruri hallarda yerlərdə ilkin məlumatları dəqiqləşdirir;
- Yeni layihə tapşırığı haqqında məlumatı Outlook (e-mail) vasitəsi ilə İnşaat şöbə müdirinə bildiriş göndərir;
- Sifarişçilərlə danışıqlar aparır və onların tələblərini nəzərə alır;
- Layihələrin 2D və 3D formatda eskizlərin hazırlanmasını icra edir;
- Layihələrin 2D və 3D formatda eskizlərin sifarişçi tərəfindən təsdiq edilməsini təmin edir. (Eskiz ilkin tələb və şərtlərə uyğunluğu parametrlərinə görə Bölmə müdiri ilə razılaşdırılıdıqdan sonra Kommersiya Direktoru ilə razılaşdırılır);
- Təsdiqlənmiş eskizlər üzrə fotoalbomların çap olunması və arxivləşdirilməsini təmin edir;
- Seçilmiş çertyoj növünü layihə ilə əlaqələndirir;
- Çertyojların yeri, ölçüsü, təfərrüatı və başlığı ilə əlaqədar seçimləri layihə ilə əlaqələndirir;
- Layihələndirmə ilə əlaqədar sənədləri hazırlayır;
- Konstruksiyanın daşıyıcı və qeyri-daşıyıcı elementləri, xidmət üzrə məlumatları ehtiva edən plan və texniki tələblərlə birlikdə layihələndirmə üzrə çertyojları yekunlaşdırır;
- Layihəni müştəriyə təqdim etmək, onun təklif etdiyi əlavə və düzəlişləri nəzərə almaq;
- Daxili şəraitin planlaşdırılmasına təsir edən büdcə, memarlıq sahəsində üstünlüklər, eləcə də təyinat və vəzifələr kimi amilləri müəyyən etmək üçün müştərilərlə məsləhətləşir;
- Daxili layihələndirmə amilləri, o cümlədən məişət ləvazimatları və avadanlıqlarının planlaşdırılması, yerləşdirilməsi və istifadəsi, habelə rəngin uyğunlaşdırılması ilə əlaqədar müştəriyə məsləhət verir;
- Layihə ilə bağlı ideyaları montaj və çertyojlar formasında təqdim edir;
- Materiallar üzrə tələbləri, xərcləri qiymətləndirmək və layihəni təsdiq etmək üçün müştəriyə təqdim edir;
- Ərazinin müntəzəm monitorinqini aparır və məsələlər ilə bağlı aidiyyatı mütəxəssislərlə məsləhətləşir;
- Memarlıq həllərinin işçi cizgilərinin əsas komplektinin (Mərtəbə planları ,kəsimlər, fasadlar, pəncərələrin və diqər boşluqların ölçülərini, material spesifikasiyası göstərilməklə) çap versiyasını Tikinti şöbəsinin müdirinə razılaşdırmaq üçün təqdim edir;
- Bölmə müdirinin yazılı razılıq rəyini aldıqdan sonra Memarlıq həllərinin işçi cizgilərinin əsas komplektinin Kommersiya Direktorunun təsdiqinə təqdim edir;
- Layihə üzrə materialların Serverdəki CSH (common share) qovluğunda şöbəsinə aid alt qovluqlarda yerləşdirilməsini təmin edir;
- Şöbə tərəfindən Layihələrə edilən dəyişiklər haqqında aidiyyatı layihə iştirakçılarına Outlook (e-mail) vasitəsi ilə məlumat verir;
- Sahələrdə müəllif nəzarətinin həyata keçirir (memari tələblərin düzgün icrası);
- Kənar təşkilatlarla memarlıq-dizayn işləri üzrə müqavilələrin layihəsini yoxlayır və Bölmə müdirinə təqdim edir;
- Müəllif nəzarəti və layihələrin müzakirəsi əsnasında müştərilərlə davamlı ünsiyyət qurur;
- Gördüyü işlərin uçotunu aparır;
- Şirkət rəhbərliyi tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası tələblərinə riayət edir;
- Memarlıq eskiz layihə, texniki cizqilər və 3D Vizualizasiya layihələrin hazırlanması və təribatı. Mövcud layihələrin şirkət memarları tərəfindən verdiyi tapşırıqlar əsasında düzəlişlərin edilməsi. Tikinti briqadaları ilə layihə gedişatın izlənməsi, müəllif nəzarəti. Sifarişçilərlə sıx əlaqədə olmalıdır;
- 5 günlük iş qrafiki;
- İş yerinin ünvanı: Yasamal rayonu, Cəfər Cabbarlı 44.
Requirements
- Yaş həddi: 25-45;
- Komputer bilikləri: MS Office;
- AutoCad, Lumion Revit ,Corona Sketch UP, 3D Max;
- Dil bilikləri: Rus dili;
- İş stajı 3 il;
- Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Memar-Dizayner” adını qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.
Design other
Construction