Veliev MMC

Maliyyə meneceri

By agreement
Full-time
Sumgayit, Azerbaijan
13.03.24 - 12.04.24

Working conditions

  • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunu təşkil etmək;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün və zamanında əks etdirilməsini, dövriyyə-qalıq cədvəlindəki bütün hesabların və həmin hesablar üzrə əməliyyatların düzgünlüyünü və səlisliyini təmin etmək;
  • Müvafiq proqramda dövrün bağlanması əməliyyatlarının zamanında və düzgün icrasını təmin etmək (iş və xidmətlərin maya dəyərinin hesablanması, xərclərin və gəlirlərin bağlanması, amortizasiyanın hesablanması və s.);
  • Dövri olaraq dövriyyə-qalıq cədvəli, mənfəət-zərər, maliyyə vəziyyəti haqqında hesabat (balans) və digər əlaqədar maliyyə hesabatlarını və açıqlamalarını düzgün və zamanında formalaşdırmaq və təmin etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
  • Vergilərin və digər icbari hesabatların zamanında və düzgün hazırlanması və təqdim edilməsi, həmçinin müvafiq ödənişlərin hesablanması və ödənilməsinə nəzarət etmək;
  • Müqavilələrin, təsdiqləyici sənədlərin tərtib edilməsi və imzalanması, hesablaşmaların vaxtında və tam icra edilməsinə aid olan şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək;
  • Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik etmək, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
  • Daxili və xarici audit, vergi yoxlaması və digər yoxlama qurumları tərəfindən təşkil edilən yoxlama və sorğularda iştirak etmək, sorğuların zamanında və düzgün cavablandırılmasını təmin etmək.

Requirements

  • Təhsil: Ali təhsil (maliyyə və ya mühasibatlıq üzrə təhsil üstünlükdür); 
  • Təcrübə: Baş mühasib olaraq ən az 5 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə;
  • Peşəkar mühasib sertifikatının olması üstünlükdür;
  • Məsuliyyətli, diqqətcil, komandada işləmə bacarığı. 


This job has expired

Related vacancies