Proxima Tech Solutions

Kibertəhlükəsizlik mühəndisi

By agreement
2438
Full-time
Baku, Azerbaijan
21.02.25 - 22.03.25

Working conditions

  • Proxima Tech Solutions şirkətinin həllərini təhlükəsizlik və mühəndislik baxımından dərindən anlamaq, müştərilərin tələblərinə uyğun ən yaxşı həlləri dizayn etmək;
  • Müştərilərlə işləyərək həllərimizin onların tələblərinə uyğun tətbiq və inteqrasiyasını təmin etmək;
  • Daxili və xarici tərəfdaşlara texniki ekspert kimi dəstək olmaq və zəruri məlumatlarla təmin etmək;
  • Şirkətimizin həllər portfeli çərçivəsində müxtəlif təhlükəsizlik həllərinin tətbiqi, idarə edilməsi və saxlanılmasında bilavasitə iştirak etmək;
  • İdarə olunan təhlükəsizlik həlləri üzrə informasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində ən yaxşı təcrübələri təqdim etmək;
  • Ümumi təhlükəsizlik alətləri, şəbəkələr, əməliyyat sistemləri və verilənlər bazaları haqqında dərin biliklərə sahib olmaq;
  • Sistem və həllərlə bağlı problemlərin həlli prosesində dəstək göstərmək;
  • Müştərilərə təqdim olunan təhlükəsizlik həlləri üçün texniki sınaq və PoC həyata keçirmək;
  • Müştəri məmnuniyyətini artırmaq, dəstək vermək və həllərin davamlı istifadəsini təmin etmək;
  • Mövcud və tətbiq olunan texnologiyalar üzrə texniki biliklərini daim yeniləmək və özünü günümüzün tələblərinə uyğun inkişaf etdirmək.

Requirements

  • Kompüter elmləri və ya digər əlaqəli texniki sahə üzrə bakalavr dərəcəsi;
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
  • Sistemlərin quraşdırılması, konfiqurasiyası və idarə edilməsi üzrə təcrübə (Router/Switch-lər, UNIX/Linux və Windows əsaslı sistemlər);
  • Aşağıdakı təhlükəsizlik texnologiyalarından biri və ya bir neçəsi ilə təcrübə;
  • NGFW (Yeni Nəsil Firewall);
  • WAF (Veb Tətbiq Firewall);
  • PAM (İmtiyazlı Giriş İdarəetməsi);
  • DLP (Məlumatların Sızmasının Qarşısının Alınması);
  • Endpoint Security (Son Nöqtə Təhlükəsizliyi);
  • Problemlərin həlli prosesində yaradıcı və analitik düşünmə bacarığı;
  • Şəbəkə üzrə biliklər (L2 switching arxitekturası, Spanning Tree, OSPF və BGP daxil olmaqla IP routing, L4 yük balanslaşdırma və s.);
  • Müasir kibertəhlükələr və zərərli proqramlar, rəqəmsal araşdırma (digital forensics), avtomatlaşdırma alətləri və son nöqtə təhlükəsizliyi texnologiyaları haqqında biliklər;
  • Təhlükəsizlik sahəsində tanınmış vendorlar və beynəlxalq təhlükəsizlik sertifikatları üstünlükdür;
  • Azərbaycan dili - məcburi;
  • İngilis dili - məcburi;
  • Rus dili - arzuolunandır.