Azprotein Foods Group

Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi şöbəsinin müdiri

2500 - 3000 ₼
Full-time
Baku, Azerbaijan
11.03.24 - 10.04.24

Working conditions

  • İstehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və təşkili;
  • Keyfiyyətə nəzarət prosedurlarının hazırlanması, sahələrdə risk analizinin aparılması;
  • İstehsalat, anbar, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsinə nəzarət;
  • Məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinin artırılması, onların elm və texnikanın müasir inkişaf səviyyəsi, daxili bazarın tələbatları, ixrac tələblərinə  və s. uyğunluğunun təmin edilməsi üçün tədbirlərin işlənib hazırlanmasını təşkil edir;
  • İstehsal prosesinin bütün mərhələlərində əməliyyat nəzarəti, hazır məhsulların keyfiyyəti və komplektliliyi, həmçinin müəssisənin bölmələri və anbarlarda xammal, material, yarımfabrikat, komplektləyici məmulatlar, hazır məhsulların düzgün saxlanmasına nəzarət;
  • Hazır məhsullar, xammal, materiallar, yarımfabrikatlar, komplektləyici məmulatların keyfiyyəti, texnoloji avadanlıq və alətlərin keyfiyyəti və vəziyyəti, məhsulların istehsalı, saxlanması və daşınması şərtlərinin texnoloji proseslə nəzərdə tutulmayan seçmə üsulla yoxlamalarının aparılmasını təşkil edir; 
  • Reklamasiyaların təhlili, istehsal texnologiyalarında nöqsan və pozuntuların yaranması, işlərin keyfiyyətinin pisləşməsi, zay məhsul və aşağı növdə məhsulların buraxılmasının səbəblərinin araşdırılması, onların aradan qaldırılması üçün təkliflərin hazırlanması, həmçinin bütün istehsal mərhələlərinin müəyyən olunan tələblərə uyğun məhsulların istehsalına görə məsuliyyətinin artırılması üçün lazımi tədbirlərin görülməsi, keyfiyyətsiz məhsulların qəbulu və yüklənib göndərilməsinin dayandırılması üzrə (ehtiyac yarandığı təqdirdə) işə rəhbərlik edir;
  • Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlanması.

Requirements

  • Təhsil: Ali (Qida mühəndisliyi, baytarlıq, kimya, mikrobiologiya və ya bunlara uyğun ixtisaslar);
  • Təcrübə: Qida istehsalı sahəsində keyfiyyətə nəzarət və ya oxşar sahə üzrə ən azı 3-5 illik rəhbər vəzifə üzrə iş təcrübəsinin olması;
  • Dil bilikləri: İngilis dilini biliyi arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office programları (Word,  Excel, Power-Point, Outlook), 1C proqramı üzrə biliklər;
  • Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməli, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır;
  • Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
  • Kommunikasiya, planlama və təşkilatçılıq, yaradıcılıq və innovasiya, analitik düşüncə, nəticə yönümlülük, öyrənmə və dəqiqlik, müştəri yönümlülük, konfiliktlərin idarə edilməsi bacarığı.


This job has expired