Baku,
Azerbaijan
10.09.24
-
10.10.24
Working conditions
- Portfeldəki hər bir markanın fəaliyyətinə nəzarət etmək
- Bazar ehtiyaclarına uyğun olaraq müvafiq kateqoriya üzrə məhsul tələbatını idxal və ya yerli tədarükçü vasitəsilə təmin etmək
- İdxal sifarişləri zamanı məhsulların bazar şərtlərinə uyğun qiymət indeks hesablanmasını aparmaq
- İdxal prosesi zamanı məhsulların zamanında mərkəz anbara alınması və mağazalara göndərilməsinə nəzarət etmək
- Mağazalar arasında mübadilə əməliyyatını təşkil və idarə etmək, A-Mövsüm ehtiyatlarını tələbata görə dərinlik baxımından qorumaq və lazım olduqda yenidən sifariş etmək, mağazalara planlaşdırılan tədarüklər barədə məlumat vermək
- Ümumi iş strategiyası və illik büdcə prosesinə töhfə vermək , KPI-lara nail olunması və qoyulan hədəflərin şirkətin plan və büdcəsinə uyğunluğunu təmin etmək
- Təchizatçının ödəniş şərtləri, endirim və yenidən qiymətləndirmələrlə bağlı proseslərin icrası zamanı şirkətin digər əlaqədar strukturları ilə əməkdaşlıq etmək
- Verilmiş sifarişlər üçün daxili Satınalma Sifarişlərini (PO) hazırlamaq və sistemə yerləşdirmək; sistemdə (əsas məlumatlar) məhsulun spesifikasiyasını yoxlamaq, məhsul kartını doldurmaq və düzəliş etmək
- Mövsümi endirim planlarının yaradılmasına kömək etmək
- Qəbul olunmuş ehtiyat məhsulların keyfiyyətini qiymətləndirmək və hər hansı uyğunsuzluqları təchizatçılar və rəhbərliyə bildirmək
- Fərdi mağazaların, rəqiblərin həftəlik /aylıq bazar ziyarətləri, habelə rəqiblərin fəaliyyətini izləmək və hesabat vermək
- Kateqoriyalar üzrə məhsulların mağazalarda təlimatlara uyğun şəkildə yığılmasına və təqdim olunmasına nəzarət etmək
- Sorğu və tələblərə əsasən həftəlik, aylıq, illik hesabatları marka tərəfdaşlarına təqdim etmək.
Requirements
- Ali təhsil
- Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi
- Xarici dil biliyi: İngilis dili yaxşı səviyyədə, Rus dili arzuolunandır
- MS Excel biliyi : Yüksək səviyyədə
- Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmə bacarığı
- Kosmetika və baxım kateqoriyasından məsul olacağı üçün xanım namizədlərə üstünlük veriləcək.
Management
Commerce