Azerbaijan Fish Farm
600 - 800 ₼
Full-time
Baku, Azerbaijan
30.04.24 - 30.05.24

Working conditions

  • Kommersiya departamentiə daxil olan sənədlərin qəbulunu, rəsmiləşdirilməsini və rəhbərliyin yazılı, habelə şifahi göstərişlərinə əsasən struktur bölmələri üzrə paylanmasını təşkil etmək;
  • Kommersiya departamentinin bütün struktur bölmələrində vahid kargüzarlıq sisteminin təşkil olunmasını təmin etmək və bu işin təşkili sahəsində onlara zəruri köməklik göstərmək;
  • Kargüzarlıq işinin səmərəli təşkili, sənədlərin sistemləşdirilməsi və qeydiyyatını aparmaq, habelə arxiv işinin aparılmasını təmin etmək;
  • İnzibatı və kargüzarlıq işləri ilə bağlı zəruriyyət yaranan halda işçilərə köməklik göstərmək;
  • Qonaqları qarşılamaq, telefon zənglərinə cavab vermək və aidiyyəti üzrə yönləndirmək, təşkilatın rəsmi yazışması, məktublaşmanı idarə etmək;
  • Görüşlərin təşkili, təsdiqi və keçirilməsini təmin etmək;
  • Sənədləri, hesabatları, təqdimatları hazırlamaq və təqdim etmək;
  • Daxil olan məktubları və sənədləri qeydiyyata salıb, işçilərə çatdırılmasını təmin etmək;
  • Göndərilən məktubları və sənədləri lazımi qaydada hazırlayıb qeydiyyata salıb, müəyyən ünvana çatdırılmasını təmin etmək;
  • İclasların təşkili, zəruri olduqda stenoqrammasının aparılması;
  • Şöbələrdən digər idarə və təşkilatlara ünvanlanan sənədlərin göndərilməsini təşkil etmək;
  • Bunun üçün sürücü və ya poçt xidməti şirkəti ilə əlaqə saxlamaq və sənədin vaxtında göndərilməsini və çatdırılmaya nəzarəti təmin etmək;
  • Şirkət işçilərinin hər hansı idarə və təşkilatlara getməsi üçün nəqliyyatı təşkil etmək;
  • Təyin edilmiş digər vəzifələri yerinə yetirir;
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: 5 günlük.

Requirements

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahədə 1-2 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Office, kargüzarlığın aparılmasına dair normativ aktlar üzrə biliklər, 1C biliyi üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dili əla, rus və ingilis dilləri üstünlükdür;
  • Yazılı və şifahi ünsiyyət bacarıqları, komandada işləmə qabiliyyəti, detallara diqqət, təşkilatçılıq bacarığı.