Baku,
Azerbaijan
02.12.24
-
02.01.25
Working conditions
- Holdinqin informasiya təhlükəsizliyini qorumaq;
- Məlumat təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsi və idarə edilməsində iştirak etmək;
- İT fövqəladə hallar planı ilə işləmək;
- Məlumat təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçirmək;
- Texniki avadanlıqların iş təhlükəsizliyini nəzarət etmək, serverlərin və şəbəkə avadanlıqlarının təhlükəsizliyini yoxlamaq;
- Kibertəhlükəsizlik üzrə dövri status hesabatlar hazırlanmasında iştirak etmək;
- Təhlükəsizlik sistemlərini konfiqurasiya etmək, təhlükəsizlik tələblərini təhlil etmək və təkmilləşdirmələri tövsiyə etmək;
- Şübhəli davranış üçün şəbəkə trafikini izləmək;
- Lokal şəbəkənin seqmentləşdirilməsində iştirak edir və seqmentlərin təhlükəsizliyinə nəzarət edir;
- Perimetrdə və lokal şəbəkədə yerləşən qoruyucu fayrvol avadanlıqlarını konfiqurasiya edir və nəzarət edir;
- Fayrvol avadanlıqlarında icazələrin verilməsində iştirak edir;
- Təhlükəsizlik avadanlıqlarının, eləcə də servislərin işlək olmasını təmin edir və loqlama mexanizmlərini konfiqurasiya edir;
- Kiritik informasiya sistemlərinin və avadanlıqların təhlükəsizlik tələblərinə uyğun sazlanmasını təmin edir;
- Veb proqramların təhlükəsizliyini təmin edən nəzarət sistemini qurur və işinə nəzarət edir;
- Şirkətin kritik informasiya resurslarında olan dəyişikliklərin həyata keçirilməsində kibertəhlükəsizlik nəzarət mexanizmlərini sazlayır;
- Periodik olaraq daxili və xarici penetration və vulnerability testlərini həyata keçirmək, təhdidləri müəyyən etmək və müdafiə etmək;
- Daxili audit, risk və informasiya təhlükəsizliyi yoxlamaları nəticəsində ortaya çıxmış kibertəhlükəsizlik üzrə boşluqları aradan qaldırır;
- Şirkətin əməliyyatlarının dayanıqlığı və qəzalardan bərpa planlaşdırılmasında, testləşdirilməsində və icrasında iştirak edir;
- Son istifadəçi sistemlərində yoxlamalar aparmaq, boşluqların aradan qaldırılmasını təmin etmək;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Requirements
- Ali təhsil;
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Təhlükəsizlik üzrə sertifikatların olması arzuolunandır;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İT təhlükəsizlik inzibatçısı” yazaraq qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Information technology
Professional services