Facility Management Group

İnteryer dizayner

By agreement 131
Full-time
Baku, Azerbaijan
17.05.24 - 16.06.24

Working conditions

  • Sahələri ziyarət etmək, layihələr üzrə şərtləri və məhdudiyyətləri qiymətləndirmək;
  • Dəqiq, olduğu kimi memarlıq ölçülərini hazırlamaq;
  • Plan məlumatlarının düzgünlüyünə görə eskizləri çəkmək və CAD fayllarına çevirmək;
  • Layihə tələblərinin müəyyən edilməsi üçün İcarə Komandası ilə əməkdaşlıq etmək;
  • Təhlükəsizlik, funksionallıq, ərazinin səmərəliliyi və estetikasını nəzərə alaraq interyer layihələrini yaratmaq;
  • Sahələrin mexanika, elektrika və santexnika sistemləri nəzərə alınmaqla ətraflı layihə çertyojlarını (Mərtəbə Planları, Yüksəkliklər, tavan, döşəmə və s.) hazırlamaq;
  • Layihənin həcminə və büdcəsinə uyğun olan ən optimal dizayn variantlarını, materialları və avadanlıqları müəyyən etmək;
  • Tələb olunan çertyojlar, spesifikasiyalar və layihə ilə bağlı məlumatların hazırlanması;
  • Mebel, işıqlandırma, son tamamlama materiallarının və s. detallı spesifikasiyalarının hazırlanması;
  • Layihənin başlanğıcdan son mərhələsinə qədər memarlıq/interyer hissəsinə nəzarət etmək;
  • İşlərin layihə tələblərinə uyğun aparılmasını təmin etmək üçün əmlakların iş sahələri ziyarət etmək;
  • Tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək üçün layihə qrafiklərini izləmək;
  • Dizayn konsepsiyaları və variantları əlaqələndirmək üçün komanda görüşlərində iştirak etmək;
  • Layihəyə və ya konsepsiyaya əsaslanaraq 3D visual görünüşlərin hazırlanması;
  • Rəhbərliyə mütəmadi olaraq layihə statusu haqqında yeniliklər təqdim etmək;
  • 1C proqramından istifadə etməklə layihə ilə bağlı malların sifarişi;
  • Ən yaxşı təcrübə və şirkət standartlarına riayət olunmasını təmin etmək.

Requirements

  • Təhsil: Memarlıq üzrə ali təhsil;
  • Təcrübə: Memarlıq, sahə planlaması, interyer dizaynı və ya əlaqəli sahələrdə 5 illik peşəkar təcrübə;
  • Kompüter bacarıqları: AutoCAD proqramında texniki biliklər, güclü 3D modelləşdirmə və vizualizasiya bacarıqları;
  • Tikinti materialları, inşaat detalları və qaydaları, müvafiq normativlər və keyfiyyət standartları haqqında biliklər;
  • İnkişaf olunmuş vizual qavrayış və detallara diqqətli yanaşma;
  • Quraşdırma materialları, işıqlandırma və mebel tərtibatı haqqında yüksək biliklər;
  • Texniki bacarıq və problem həll etmə qabiliyyəti;
  • Mebel və tamamlama materiallarının spesifikasiyasının işlənib hazırlanması bacarığı;
  • Ünsiyyətçillik, təşkilatçılıq və vaxtın idarə olunması vərdişləri;
  • Fərdi və ya komanda tərkibində işləmək, eləcə də çarpaz funksional şöbələrlə sıx əməkdaşlıq bacarığı.


This job has expired

Related vacancies