AZERMASH

İnsan Resursları üzrə Mütəxəssis

By agreement 200
Full-time
Baku, Azerbaijan
13.09.24 - 13.10.24

Working conditions

  • ƏMAS sistemində əməliyyatların icra edilməsi;
  • Kadrlarla bağlı bütün məlumatları və hərəkətləri 1C 8.3. proqramında aparmaq;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatı;
  • Məlumat bazasının mütəmadi yenilənməsi;
  • Arayışların, xəstəlik vərəqələrinin və çıxarışların hazırlanması və qeydiyyatı;
  • Əmrlərin (qərarların) hazırlanması və onların qeydiyyatının aparılması;
  • Əmək kitabçalarında qeydlərin aparılması;
  • Məzuniyyət təqviminin hazırlanması və onun monitorinqi;
  • Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
  • Aylıq iş vaxtının uçot tabellərinin hazırlanması və təsdiqlənməsi;
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
  • Əmək haqqı kartlarının sifarişinin verilməsi;
  • İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
  • Yeni kadrların aktiv şəkildə axtarılması və uyğun namizədlərin müvafiq vakansiyalar üzrə işə cəlb edilməsi;
  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin işə qəbulu, köçürülməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və sair sənədlərin rəsmiləşdirilməsi;
  • Əmək haqqı sənədlərinin (Tabel, Məzuniyyət cədvəlləri və sair) hazırlanması;
  • İşçilərin giriş-çıxışını xüsusi proqram vasitəsilə nəzarətdə saxlamaq və uyğunsuzluq aşkar etdikdə birbaşa rəhbərinə bildirmək.

Requirements

  • Ali təhsil (İR üzrə, iqtisadiyyat (və ya iqtisadiyyatla bağlı digər sahələr), menecment);
  • Yaş həddi 25-35;
  • İnsan Resursları üzrə minimum 2 il iş təcrübəsi;
  • Səlis Azərbaycan dili və rus dili biliyi (ingilis dili üstünlükdür);
  • Əla səviyyədə AR Əmək Məcəlləsini, əmək qanunvericili bilikləri;
  • İR-na aid olan normativ, metodik və digər rəhbər materialları bilməli;
  • ƏMAS, İSB, Məşğulluq və digər dövlət orqanları ilə işləməyi bacarmalı;
  • Kadrlarla bağlı sənədlərin rəsmiləşdirilməsi, aparılması və saxlanılması qaydalarını bilməli;
  • MS Office (excel biliyi çox vacibdir) proqramlarını bilməli;
  • İşgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını bilməli;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilməli;
  • Məsuliyyətli, problem həlletmə bacarığı olan.